Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Fevral

2020
08:19
YAP seçki ilə bağlı məlumat yaydı

“Azərbaycan Respublikasının Milli Məclisinə 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilər başa çatıb. Seçkiləri izləyən çoxsaylı beynəlxalq və yerli müşahidəçilərin rəyi seçki prosesinin azad, demokratik, şəffaf şəraitdə ölkənin qanunvericiliyinə tam uyğun olaraq keçirildiyini sübuta yetirir. Seçkilərdə 1314 namizədin iştirak etməsi deputat mandatı uğrunda mübarizənin yüksək rəqabət şəraitində aparılmasından xəbər verir”.

Bu barədə partiyanın məlumatında deyilir.

“Daha güclü Azərbaycan naminə” çağırışı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyası 123 dairədə qeydiyyatdan keçmiş namizədi ilə geniş və əhatəli seçki kampaniyası aparmağa müvəffəq olub. Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalq  arasında yüksək şəxsi nüfuzu, həyata keçirdiyi siyasətin möhtəşəm nəticələri, ölkə iqtisadiyyatının sürətli inkişafı, əhalinin rifahının yüksəlməsi, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsi, uğurla davam edən genişmiqyaslı islahatlar Yeni Azərbaycan Partiyasının sözügedən seçkilərdə istinad etdiyi əsəs məqamlar olub. Qeyd etmək yerinə düşər ki, seçkilərə şəxsi keyfiyyətləri sayəsində insanlar arasında böyük nüfuz qazanmış layiqli namizədləri ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki kampaniyasının uğurla həyata keçirilməsinə partiyanın çoxsaylı üzvləri və könüllüləri də böyük töhfə veriblər.

Seçkilərin gedişatını izləyən bir sıra mötəbər beynəlxalq sorğu mərkəzlərinin (exit-poll) verdikləri açıqlamalar Yeni Azərbaycan Partiyasının Milli Məclisə növbədənkənar seçkilərdə əhəmiyyətli uğurlar qazandığını söyləməyə əsas verir.

Yeni Azərbaycan Partiyası bu seçkilərdə səsvermənin gedişini özünün çoxminli müşahidəçiləri ilə geniş şəkildə izləyiblər. Onların verdiyi məlumatlara görə, seçkilərə qatılmış bəzi namizədlər və onların tərəfdaşları səsvermə prosesini pozmağa, müxtəlif təxribatlarla demokratik və azad keçirilən seçkilərə kölgə salmağa cəhdlər göstəriblər.

Yeni Azərbaycan Partiyası bu seçkilərdə onun irəli sürdüyü namizədlərə və nəticə etibarilə Azərbaycan Respublikasının Prezidentinin siyasətinə səs vermiş vətəndaşlarımıza dərin minnətdarlığını ifadə edir və əmin olduğunu bildirir ki, Milli Məclisin yeni tərkibi ölkəmizdə həyata keçirilən islahatlara öz dəyərli töhfəsini verəcək”.

Məqalədə : YAP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şamaxıda zəlzələ oldu

18

Fevral
18:20
ÖLKƏ
282

Koreyada tuneldə 30 maşın toqquşub

18

Fevral
17:35
DÜNYA
274

Fevralın 19-na manatın məzənnəsi

18

Fevral
17:30
İQTİSADİYYAT
230

Baş Prokurorluqda kadr dəyişikliyi olub

18

Fevral
16:10
ÖLKƏ
331
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 00:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru