Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2019
21:52
875
Yaponiya və Rusiya xarici işlər və müdafiə nazirləri görüşüblər

Mayın 30-da Tokioda Yaponiya və Rusiyanın xarici işlər və müdafiə nazirləri “2+2” formatında görüşüblər.

Təxminən bir saat yarım davam edən görüşdə nazirlər arasında təhlükəsizliyə dair bir sıra məsələlər, o cümlədən Rusiyanın nəzarəti altında olan, lakin Yaponiyanın iddia etdiyi adalarla bağlı fikir ayrılığı özünü göstərib.

Görüşdə Yaponiya tərəfdən xarici işlər naziri Taro Kono və müdafiə naziri Takeşi İvaya, Rusiya tərəfdən isə xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu iştirak ediblər.

Tərəflər arasında Şimali Koreyanın nüvə silahının ləğvi ilə əlaqədar birgə fəaliyyət barədə razılıq əldə edilib.

Yaponiya tərəfi bildirib ki, Şimali Koreya tərəfindən cari ayın əvvəllərində yaxın məsafəli ballistik raketlərin sınaqlarının keçirilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə ziddiyyət təşkil edir.

Eyni zamanda, Yaponiyanın Rusiya tərəfinin mübahisəli adalardan birində təşkil edilən təlimlər zamanı yeni tip raketin sınaqlarını keçirməsindən təəssüfləndiyi və hüquqi baxımdan yolverilməzliyi ifadə olunub.

Bunun cavabında etirazını bildirən S.Lavrov həmin adanın Rusiyanın suveren ərazisi olduğunu deyib.

Yaponiya hökumətinin mövqeyinə əsasən isə həmin adalar ölkənin ayrılmaz tərkib hissəsidir. Həmin adaların II Dünya müharibəsi nəticəsində qeyri-qanuni işğal edildiyi bildirilir.

Rusiya tərəfi isə təkidlə bildirib ki, Yaponiya ərazisində ABŞ-ın yerüstü “Aegis Ashore” raketdənmüdafiə sisteminin yerləşdirilməsi Rusiya üçün təhlükə mənbəyidir.

T.İvaya bunun cavabında deyib ki, həmin yerləşdirmə yalnız müdafiə xarakteri daşıyır və Rusiya üçün heç bir təhlükə yaratmır.

Məqalədə : Yaponiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
610

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
791

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1526

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
203

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1786

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
831

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
272

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
226

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
279

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
230
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 05:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru