Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2020
09:10
Yaponiyada gəmidə 10 nəfərdə koronavirus aşkarlanıb

Yaponiyanın Yokohama şəhərində “Diamond Princess” gəzinti gəmisində 10 sərnişində koronavirus aşkarlanıb.

Bu barədə Kyodo News Yaponiyanın Səhiyyə, Əmək və Sosial Müdafiə Nazirliklərinə istinadən xəbər verib. 

Səhiyyə naziri Kato Kasunobu bildirib ki, karantində olan sərnişnlərdə yeni növ təhlükəli virusun olduğu müəyyənləşdirilib.

"Biz gəminin bütün sərnişinlərini və heyətini tibbi baxışdan keçirdik. Yoluxmuş insanlarla ünsiyyət saxlayan və xəstəliyin simptonları olan 273 nəfərdən analizlər götürülüb. Hazırda 31 nəfərin yoxlamasının cavablarını əldə etmişik ki, onlardan 10 nəfər bu virusun daşıyıcısıdır. Virusun aşkarlandığı sərnişinlər xəstəxanalara göndəriləcək." 

Nazir bildirib ki, onların arasında ağır vəziyyətdə olan yoxdur. Eyni zamanda Kato Kasunobu digər sərnişinlərin və heyət üzvlərinin daha 14 gün gəmidə qalması arzusunu ifadə edib. 

"Biz istərdik ki, onlar 14 gün gəmidə qalsınlar. Sərnişinlərin və komandanın sağlamlıq vəziyyətini izləyəcəyik və bütün səylərimizi yoluxmanın genişlənməsinin qarşısını almağa yönəldəcəyik”, - nazir qeyd edib.

Qeyd edək ki, gəmidə ümumilikdə 3,7 min sərnişin və ekipaj üzvü var.

Gəmiyə isə sahilə yaxınlaşmağa hələlik icazə verilmir.

Yaponiyalı rəsmilər gəminin karantin müddətinin iki həftə davam edəcəyini bildirib

Məqalədə : Yaponiya koronovirus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bərdədəki həbslərlə bağlı - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:53
HÜQUQ,HADİSƏ
202

Fevralın 21-nə manatın məzənnəsi

20

Fevral
17:31
İQTİSADİYYAT
180

"Orqan mafiyası" ilə bağlı məlumatlara - RƏSMİ AÇIQLAMA

20

Fevral
17:10
BÖLMƏNİ DÜZ SEÇ!
186

Bakı metrosu dezinfeksiya ediləcək

20

Fevral
15:24
NƏQLİYYAT
263

DTX: Neftçalada vəzifəli şəxslər tutulub

20

Fevral
15:06
HÜQUQ,HADİSƏ
582

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

20

Fevral
14:49
HÜQUQ,HADİSƏ
324
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 19:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru