Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2019
12:12
353
Yanukoviç qiyabi həbs olunduğu Vətəninə qayıtmaq qərarına gəlib

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç vətəninə qayıtmaq qərarına gəlib. FaktXeber.com-un Life-a istinadla verdiyi məlumata görə, bu barədə Vəkil Vitali Serdyuk bəyan edib. 

Məlumata görə, indi müdafiə tərəfi siyasətçiyə Ukraynada qalmaq üçün zəmin hazırlayır.

"O, hal-hazırda Rusiya Federasiyasının ərazisində müvəqqəti olaraq yaşayır. Müdafiə tərəfi onun Vətənində qalma ehtimalını təmin edəcək tədbirlər görür” deyə vəkil Kiyev Apelyasiya Məhkəməsinin sentyabrın 23-də keçirilən iclasından sonra jurnalistlərə bildirib.

2019-cu ilin yanvarında Ukraynadakı məhkəmə eks-prezident Viktor Yanukoviçi dövlətə xəyanət və müharibənin aparılmasında iştirak etdiyinə görə qiyabi olaraq 13 il həbs cəzasına məhkum etdi. Hökm qiyabi olaraq qalır, çünki keçmiş dövlət başçısı 2014-cü ildə ölkəni tərk edərək Rusiyada yaşayır.

Yanukoviç daha əvvəl yeni prezident Vladimir Zelenskinin rəhbərliyi altında vətəninə qayıtmaq arzusunu açıqlamışdı.

Məqalədə : Yanukoviç 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1058

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
63

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
89

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
309

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
345
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 20:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru