Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2019
09:53
3172
Yanan gəminin korpusundan minanın çıxarılması barədə VİDEO yayılıb

ABŞ hərbçiləri Oman körfəzində iranlı dənizçilərin Yaponiya tankerinin korpusundan partlamayan minanın çıxarılması barədə videonu paylaşıblar. FaktXeber.com-un CNN-ə istinadla verdiyi məlumata görə, kadrlar fərqli rakurslardan və müxtəlif məsafədən çəkilib.

ABŞ bunu İranın bu işdə əli olduğu barədə dəlilləri gizlətmək istəməsi kimi dəyərləndirib. Amerikanın mövqeyiri Böyük Britaniya və Səudiyyə Ərəbistanı bölüşür.

Lakin İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif  Ağ Evin ittihamlarının əsassız olduğunu bildirərək, bəzi ölkələrin diplomatik sabotaja keçərək, bununla da İrana qarşı iqtisadi terroru gizlətməyə çalışdığını deyib.

Xatırladaq ki, İİR XİN rəhbəri bundan əvvəl də Oman körfəzində baş verənlərin məhz Yaponiyanın baş naziri Sindzo Abenin İrana səfəri zamanı və Ali Lider Ayətullah Seyid Əli Xameneyi ilə danışıqları fonunda baş verdiyinə diqqət çəkmişdi: ""Şübhəlidir" sözü bu gün səhər baş verənləri şərh etmək üçün çox yumşaq sözdür. ".

Xatırladaq ki, iyunun 13-də Oman körfəzində iki partlayış baş verib, iki neft tankerinə hücum olub. Tankerlərə hücumdan sonra İran tərəfi yanan gəmilərdən 44 dənizçini xilas edərək, Bəndər Jask limanına aparıb.

Videoda Oman körfəzində şübhəli partlayışdan zərər çəkən və İran tərəfindən xilas edilərək liamana aparılan dənizçilər əks olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3375

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1616

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2719

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1064

Sabahın havası - İstilər davam edir

25

İyun
13:51
ÖLKƏ
1099

Günün qarşılaşmaları TV AFİŞA

25

İyun
12:50
İDMAN
1525
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 17:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru