Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Avqust

2019
14:40
Xəzərin təmizliyi ilə bağlı yeni layihə həyata keçiriləcək

Avqustun 2-də Yeni Azərbaycan Partiyası (YAP) və ETSN-nin birgə təşkilatçılığı ilə “Gənc nəslin ətraf mühitin mühafizəsində rolu” mövzusunda təşkil olunan yay məktəbinin bağlanış mərasimi keçirilib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, millət vəkilləri Siyavuş Novruzov, Hüseynbala Mirələmov, Rauf Əliyev və gənclər iştirak ediblər.

Nazir yay məktəbində iştirak edən gənclərə uğurlar arzulayıb. 

Nazir müavini Firdovsi Əliyev bildirib ki, “Gənc nəslin ətraf mühitin mühafizəsində rolu” mövzusundakı yay məktəbi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ilk layihəsi deyil; "Bu günə qədər çoxlu aksiya keçirilib. Belə tədbirlərdən biri ötən il keçirilən “Hərəyə bir ağac əkək” kampaniyası idi. Kampaniya nəticəsində 700 mindən çox ağac əkdik. Təbii ki, bu, davamlı prosesdir. Ekologiya və ətraf mühit hər bir ölkəni narahat edən məsələdir. Belə aksiyalar təkcə Bakını deyil, bütün regionları əhatə edəcək”. 

Nazir müavini qeyd edib ki, bu yaxınlarda “Təbiətin dostu” adlı böyük aksiyaya başlanılıb. 

Siyavuş Novruzov qeyd edib ki ekologiya insan həyatı üçün əsas məsələlərdən biridir: "Bundan sonra da Bakı və digər rayonlarda keçirilən ağacəkmə aksiyalarının hər birində iştirak edəcəyik. Xəzərin və onun ətrafının təmizliyi ilə bağlı yeni layihə başlayır".

S. Novruzov vurğulayıb ki, indiyədək 500-ə yaxın gənc yay məktəblərində iştirak edib.

Tədbirin sonunda yay məktəbində iştirak edən gənclər təltif olunublar.

Məqalədə : Xəzərin təmizliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
503

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
409

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
630

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
486

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
430
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 10:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru