Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyun

2021
14:15
Xəzər dənizində balıqların kütləvi şəkildə tələf olması ilə bağlı AÇIQLAMA

Balıqların kütləvi tələf olmasına səbəb suda yaranan ciddi temperatur fərqidir.

Bu sözləri Oxu.Az-a açıqlamasında AMEA Zoologiya İnstitutunun dosenti, biologiya üzrə fəlsəfə doktoru Süleyman Süleymanov Hövsan qəsəbəsində, Qum adası deyilən yerdə balıqların kütləvi tələf olması ilə bağlı yayılan videoya münasibət bildirərkən deyib. 

O bildirib ki, son günlər hava şəraitinin çox isti keçməsi səbəbindən balıqlar tələf olub:

“Son 4 gün ərzində havada temperatur yüksəlib. Balıqlar suyun dərin qatlarından sahilə tərəf kürü qoymağa gəlir. Adətən bu proses aprel ayından başlayır. Birdən temperatur qalıb və oksigen çatışmazlığından balıqlar tələf olub. Adətən bu hadisələr avqust ayında olur, lakin bu dəfə tez olub. Bənzər hadisələr Xəzərin başqa hissələrində də qeydə alınıb”.

O qeyd edib ki, balıqların tələf olmasının suyun çirklənməsi və hər hansı zəhərli maddələr səbəbindən baş verməsi ilə bağlı səsləndirilən iddialar tamamilə əsassızdır.

Qeyd edək ki, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də ərazidədir və müvafiq monitorinqlər həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqat Mərkəzinin direktoru Mehman Axundov bildirib ki, Xəzər dənizində yay aylarında balıqların ölümü təbii bir prosesdir və yay mövsümündə suyun dayaz hissələrində balıqların ölümünü müşahidə etmək mümkündür:

“Hazırda ərazidəyik. Tərəfimizdən monitorinq və araşdırmalar aparılır. İlkin ehtimala görə, buna səbəb yay aylarında havanın temperaturunun qalxmasıdır. Belə ki, temperatur qalxır, suyun səviyyəsi, oksigenin həll olunmuş miqdarı aşağı düşür. Nəticədə bu cür mənzərə yaranır. Adətən bu proses iyul-avqust aylarında müşahidə edilir, lakin bu il istilər daha tez düşdüyündən indi baş verib. 

Ölən balıqların 90 faizi kefal, qalanları kütüm, siyənək, kilkə balıqlarıdır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xocalıda silah-sursat aşkarlanıb

29

İyul
14:32
HƏRB
320

Bayden Obamanı Trampla səhv saldı

29

İyul
14:19
DÜNYA
325

Erməni terrorçu qrupun üzvlərinə hökm oxunub

29

İyul
13:30
HÜQUQ,HADİSƏ
310

Sabahın hava proqnozu açıqlandı

29

İyul
13:03
ÖLKƏ
277

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

29

İyul
12:38
MƏNƏVİYYAT
505

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
346

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
406
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-07-2021 02:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru