Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2020
15:40
Xəzərdə gəmi batdı, 4 balıqçı xilas edildi

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər də­nizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­­birlərinin həyata keçirilməsi davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, 2020-ci ilin 25 yanvar tarixində saat 21:00 radələrində Xəzər dənizinin cənub istiqa­mətində Salyan reydində sahildən 3,5 mil (6 km) məsafədə olan “İdris” balıqçı gəmisindən gəmidə dəliyin əmələ gəlməsi, gəminin batma təhlükəsi ilə üzləşməsi və heyət üzvlərinin xilas edil­məsinə ehtiyacın olması ilə bağlı DSX Sahil Mühafizəsinin yaxın­lıqdakı sahil nəzarəti bölməsinə məlumat daxil olub.

Sahil nəzarəti bölməsi tərəfindən dərhal operativ tədbirlər həyata ke­çirilərək xilasetmə üçün həmin istiqamətə kiçik həcmli üzmə vasitəsi göndərilib. Gəmidə dəliyin böyük olması səbəbindən daxil olan su­yun qarşısını almaq mümkün olmayıb və 4 balıqçı 22:15 radələrində xi­las edililib. Saat 23:00 radələrində gəminin batması müşahidə olun­ub.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluq­çuları tərəfindən xilas edilmiş şəxslərin Neftçala rayon sakinləri gəmi kapitanı 1958-ci il təvəllüdlü Talıbov Ələsgər Məmmədəli oğlu, mexanik 1963-cü il təvəllüdlü Mikayılov Əlimədət Ağasadiq oğlu, matros 1962-ci il təvəllüdlü Əhmədov Ələddin Tapdıq oğlu, matros 1982-ci il təvəllüdlü Novruzov Əsgər Məhərrəm oğlu olmaları müəyyən edilib.

Məqalədə : balıqçı gəmisi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əfqanıstanda bombalı hücum baş verib

26

Fevral
18:10
DÜNYA
174

Azərbaycan balı ucuzlaşacaq

26

Fevral
17:35
İQTİSADİYYAT
329

Fevralın 27-nə manatın məzənnəsi

26

Fevral
17:30
İQTİSADİYYAT
192

Adam öldürüb 25 il gizləndi

26

Fevral
16:57
DÜNYA
309

Dünyanın ən populyar smartfonunun adı açıqlandı

26

Fevral
15:11
İQTİSADİYYAT
388
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 22:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru