Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Noyabr

2012
16:46
“Xəzər Lənkəran`ın baş məşqçisi Karles Martorell Bakes oldu
Bakes Barselona Universitetinin bədən tərbiyəsi ixtisasını bitirib

FaktXeber.com-un verdiyi məlumata görə, “Xəzər Lənkəran”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Bu, ispaniyalı Karles Martorell Bakesdir.

Qeyd edək ki, Bakes 1994-1997-ci illərdə Barselona Universitetinin bədən tərbiyəsi ixtisasını bitirib. 1999-2002-ci illərdə İspaniya yığmasının fiziki hazırlıq üzrə məşqçilərindən biri olub. 2008-2010-cu illərdə İnzibati İdarəetmə Məktəbini də başa vurub.

İki il əvvəl isə məşqçilik kursunu bitirib. 39 yaşlı katalon çalışdırıcı “Barselona”da məşqçilik metodologiyası üzrə master dərəcəsi və FIFA PRO A məşqçi lisenziyasına (İspaniya Futbol Liqasında məşqçi işləmək üçün ən yüksək dərəcə) malikdir.

Eyni zamanda, Bakes peşəkar karyerasında “Barselona” klubunun nəzdində məşqçi-direktor kimi fəaliyyət göstərmişdir. “Xəzər Lənkəran”a gələnə kimi Kataloniya Futbol Federasiyasında çalışıb. O, U-12 komandasını çalışdırırdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 08:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com