Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 May

2021
12:39
Xətibzadə Blinken və Raaba: `Qurumlarınızı nüfuzdan salmaq yerinə JCPOA-nın bərpasına başlayın`

Ötən gün İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə ABŞ Dövlət katibi Entoni Blinken və Britaniya xarici işlər naziri Dominik Raaba müraciət edərək, qurumlarını nüfuzdan salmaq əvəzinə, Hərtərəfli Birgə Fəaliyyət Planının  (JCPOA) bərpa etmələrini tövsiyə edib.

İRNA xəbər verir ki, bu barədə o, Tvitter hesabında paylaşım edib. 

XİN rəsmisinin sözlərinə görə, ABŞ və Britaniya xarici işlər nazirləri Vyanadakı danışıqların gedişatını və əldə olunan nəticələri təhrif edərək, JCPOA-nın düşməni İsraili sakitləşdirməyə çalışırlar ki, bu heç də urəkaçan deyil.

"Sakitləşdirməyə çalışdığınız qaniçən İsrail rejimi (İranla) nüvə anlaşmasını məhv etmək üçün mümkün olan hər şeyi edib", - deyə Xətibzadə vurğulayıb.

Qeyd edək ki, bundna əvvəl, ABŞ-ın dövlət katibi Entoni Blinken də İsrailə səfər edib. Səfər zamanı o, ABŞ-ın İrana qarşı İsraillə bir olduğunu və rəsmi Tehranın nüvə silahına sahib olmaması üçün ciddi addımların atılmasının vacib olduğunu bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 18:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru