Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2020
13:55
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü haqqında Sərəncamının icrası ilə əlaqədar Müdafiə Nazirliyində tədbirlər planı təsdiq edilib.

FaktXəbər-in Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, plana əsasən Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, onların mənəvi və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirlər çərçivəsində hərbi qulluqçular Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edəcək, Müdafiə Nazirliyinin hərbi hissə, müəssisə və təşkilatlarında, həmçinin ümumtəhsil məktəblərində faciənin ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunacaq.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində, Hərb Tarixi Muzeyində kitab, foto və rəsm sərgilərinin, eləcə də səyyar təşviqat qruplarının cəbhə bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlərinin təşkili, xüsusi təyinatlı təhsil müəssisələrində və hərbi hissələrdə “XX əsrin faciəsi - Xocalı Soyqırımı” adlı tədbirlərin keçirilməsi, faciəyə həsr olunan ədəbi-bədii kompozisiyaların təqdim edilməsi, bədii və sənədli filmlərin nümayişi, “dəyirmi masa” və tematik gecələrin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Fevralın 26-da saat 17.00-da Müdafiə Nazirliyinin tabeliyində olan bütün birlik, birləşmə, hərbi hissə, idarə, təşkilat və xüsusi təyinatlı təhsil müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3739

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2734

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2147

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1852
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 23:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru