Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Avqust

2021
16:17
XİN məlumat yayıb

Təəssüf ki, Ermənistan XİN-i hələ də “yaddaş pozğunluğu” sindromundan əziyyət çəkir. Belə olan halda biz qarşı tərəfə bir daha xatırladırıq ki, 30 ilə yaxın müddət ərzində Azərbaycana qarşı təcavüz siyasəti həyata keçirərək, onun beynəlxalq tanınmış ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayan Ermənistan bu torpaqlardakı tarixi, mədəni və dini irsin dağıdılması, mənimsənilməsi, mədəni sərvətlərimizin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərə görə məsuliyyət daşıyır. Bu cinayətlərin araşdırılması üçün Azərbaycan tərəfindən vaxtı ilə YUNESKO-ya bölgəyə səfər edilməsi ilə bağlı çoxsaylı müraciətlər edilib və məhz Ermənistan beynəlxalq missiyaların Azərbaycanın o zaman işğal altında olan ərazilərinə səfər etməsinə əngəl olub. Bu fakt təşkilatın hesabatlarında əks olunub; Ermənistan XİN-nə YUNESKO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatı ilə tanış olmağı tövsiyə edirik. Hesabatda aydın şəkildə, Azərbaycan hökumətinin Dağlıq Qarabağ və işğal olunmuş digər ətraf ərazilərə fakt araşdırma missiyasının göndərilməsi müraciəti, lakin Ermənistanın hərbi işğalı səbəbindən bu missiyanın həyata keçirilməsinin mümkün olmadığı qeyd olunur.

Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra Ermənistanın bu torpaqlarda törətdiyi məqsədyönlü dağıntıların miqyası beynəlxalq ictimaiyyət, o cümlədən dövlətlərin rəsmi nümayəndələri, müstəqil media agentlikləri, habelə qeyri-hökumət təşkilatları və s. tərəfindən ətraflı şəkildə qeydə alınıb. Görünməmiş vandallıq və “mədəni təmizləmə” törətmiş bir ölkənin öz əməllərini ört-basdır etmək üçün Azərbaycana qarşı yalan və cəfəng ittihamlarla çıxış etməsi təcrübəsi təəssüf ki, yeni deyil. Ermənistan tərəfi sonunda anlamalıdır ki, bu təcrübənin heç bir perspektivi yoxdur.

Azərbaycan işğaldan azad olunmuş ərazilərimizə YUNESKO-nun müstəqil və obyektiv missiyasının həyata keçirilməsi məsələsinə dəfələrlə münasibət bildirib, hətta bu prosesi sürətləndirməyə çağırıb. Rəsmi İrəvanın belə bir missiyanın həyata keçirilməsinə etiraz etmədiyini bəyan etdiyinə görə, ümid edirik ki, missiya yaxın zamanlarda reallaşacaq və onilliklər ərzində Azərbaycan ərazilərində Ermənistan tərəfindən aparılmış tarixi, mədəni və dini irsin məqsədli şəkildə məhv edilməsi siyasətinin nəticələri qeydə alınacaq.

Məqalədə : XİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
237

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
215

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
201

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
225

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
212

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
331

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
321

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
338

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
342
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 02:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru