Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2021
12:26
XİN başçısı: “Gürcüstan üçün “3+3” formatında iştirak çətin olacaq”

“Gürcüstan üçün Rusiya ilə birgə “3+3” formatında iştirak etmək çətin olacaq, lakin buna baxmayaraq, ölkə iri geosiyasi layihələrdə hansısa formada təmsil olunmalıdır”.

Bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Birinci kanalın efirində yayımlanan “Günün mövzusu” proqramında deyib.

Onun sözlərinə görə, Gürcüstan regionda inkişaf edən proseslərdən geri qalmamalıdır: “Biz bütün yeni, hətta infrastruktur layihələrdə də iştirak etməliyik. Əks halda onlar Gürcüstandan yan keçə bilər və bununla da ölkə rol və funksiyasını itirə bilər. Buna görə də dəqiq mövqeyə malik olmaq çox vacibdir ki, ölkəmizin maraqları zərər görməsin”.

D.Zalkaliani qeyd edib ki, Gürcüstanın suverenliyi və ərazi bütövlüyü “qırmızı xəttdir”: “Böyük geosiyasi layihələrdə və münasibətlərdə təmsilçiliyimiz sözsüz ki, dövlət maraqları və hər hansı güzəşt hesabına olmamalıdır”.

Nazir həmçinin bildirib ki, Gürcüstan artıq bölgədə önəmli rol və funksiya yerinə yetirir: “Baş nazir İrakli Qaribaşvilinin təşəbbüsü və vasitəçiliyi, Azərbaycan və Ermənistan liderləri ilə fəal kommunikasiya sayəsində Gürcüstan regional əməkdaşlıq planında ilk addımlar ata bilib. Bu istiqamətdə növbəti addımlar atılmalıdır və biz bununla bağlı nəinki Cənubi Qafqazdakı qonşularımız, həmçinin avropalı və amerikalı tərəfdaşlarımızla da fəal təmas qurmağa davam edəcəyik”.(Report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
180

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
195

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
190

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
338

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
353
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 12:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru