Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2019
20:59
338
XİN: Həmsədrlərin azərbaycanlı icması ilə görüşü belə formatda keçirilmiş ilk görüş deyil

Həmsədrlərin azərbaycanlı icması ilə görüşü belə formatda keçirilmiş ilk görüş deyil.

Xarici İşlər Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, son günlər bəzi KİV nümayəndələri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə son səfəri çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə görüşünə dair bəzi mülahizələrlə çıxış edirlər.

Nazirlik bildirir ki, bu belə formatda keçirilmiş ilk görüş deyil. Bu günədək həmsədrlər bölgəyə səfərləri çərçivəsində Dağlıq Qarabağın erməni icması ilə görüşdükləri kimi, azərbaycanlı icmanın nümayəndələri ilə də silsilə görüşlər keçiriblər:

"Burada təəccüblü heç bir şey yoxdur; bu həmsədrlərin mandatının bir hissəsini təşkil edir. Həmsədrlərin 1995-ci il tarixli mandatında qeyd edilir: “Həm-sədrlər öz fəaliyyətlərində ATƏT-in norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏM qərarları, o cümlədən 1992-ci il 24 mart Nazirlər Şurası qərarı və Budapeşt zirvə görüşü qərarları, eləcə də BMT TŞ-nin müvafiq qətnamələrini rəhbər tutacaqlar”. Həmsədrlərin bu ilin 9 mart tarixində verdikləri bəyanatlarında onların vasitəçiliyi ilə Yerevan və Bakı arasında aparılan təmaslarla yanaşı, maraqlı tərəflərlə də müzakirələrin davam etdirildiyi qeyd edilib.

Vurğulamaq istərdik ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyi və digər məcburi köçkünlərlə yanaşı onların öz torpaqlarına geri qayıtması məsələsi hər zaman danışıqların bir hissəsini təşkil edib. Bu məsələ həmsədrlərin yuxarıda qeyd edilən bəyanatında da öz əksini tapıb və “bütün məcburi köçkünlərin və qaçqınların öz evlərinə geri qayıtması” danışıqların mühüm elementi qismində əks olunub. Birmənalı şəkildə qeyd etmək olar ki, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması danışıqların mühüm hissəsini təşkil edir.

Eyni zamanda nəzərə almaq lazımdır ki, münaqişənin həlli üzrə danışıqlar ATƏT-in müvafiq qərarlarına uyğun olaraq Ermənistan və Azərbaycan arasında aparılır və bu yanaşma Minsk Qrupunun həmsədrləri tərəfindən də dəstəklənir.

Sonda, danışıqlar masasında hansı məsələlərin müzakirə edildiyini sorğu edənlərə çox sadə cavab verərək onları Minsk Qrupu həmsədrlərinin bu ilin 9 mart tarixli bəyanatı ilə tanış olmağa çağırırıq. O zaman bütün möhtəkirliyə son qoyulacaq".

Məqalədə : XİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
71

Zəvvarların ilk qrupu Vətənə dönüb

21

Avqust
14:49
MƏNƏVİYYAT
101

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
84

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
68

"Facebook"da yeni funksiya

21

Avqust
11:03
MARAQLIDIR
99
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 15:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru