Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyul

2021
16:40
Xaricdə təhsil almış 144 nəfərin diplomu tanınıb, 64 müraciətə mənfi cavab verilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyun ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.

Agentlikdən bildirilib ki, iyun ayı üzrə icrası 16 gün ərzində tamamlanan 208 müraciətçinin 144-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 64 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bildirilib ki, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 33, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 27, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 2, digər səbəblər üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 77, Ukraynadan 62, Türkiyə Respublikasından 37, Gürcüstandan 8, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 5, digər ölkələrdən isə 19 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 34, iqtisadiyyat üzrə 17, menecment üzrə 15, tibb 13, maliyyə və kredit üzrə 8 nəfər müraciətçi qeydə alınıb.

Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.taninma.az internet səhifəsinə müraciət edə bilərlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xocalıda silah-sursat aşkarlanıb

29

İyul
14:32
HƏRB
255

Bayden Obamanı Trampla səhv saldı

29

İyul
14:19
DÜNYA
250

Erməni terrorçu qrupun üzvlərinə hökm oxunub

29

İyul
13:30
HÜQUQ,HADİSƏ
240

Sabahın hava proqnozu açıqlandı

29

İyul
13:03
ÖLKƏ
221

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

29

İyul
12:38
MƏNƏVİYYAT
440

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
271

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
356
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 18:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru