Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Sentyabr

2021
10:25
Xaricdən avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR

Xaricdən avtomobil almaq istəyənlər diqqətli olmalıdırlar. Çünki fırıldaqçıların qurbanına çevrilə bilərsiniz. Artıq bəzi şəxslər fırıldaqçılığın qurbanına çevirildiyini iddia edirlər. Belə ki, bir neçə paytaxt sakini Amerikadan avtomobil alıb, amma həmin avtomobillər aylardır Azərbaycana gəlib çıxmayıb. Hətta bəzi avtomobillərin elə Gürcüstanda başqalarına satıldığı deyilir.

Şikaytçilərdən birinin bildirdiyinə görə, aylar əvvəl alınan avtomobilləri hələ də Bakıya gəlib çıxmayıb.

Amerikadan avtomobil alan bu şəxslər aldadılıblar. Zərərçəkmişlər idda edirlər ki, Səid Əliyev adlı şəxs logistika şirkətlərindən sayılan ''Caucasus Auto İmport'' şirkətinin azərbaycandakı rəsmi dillerliyini həyata keçirir. Həmin şəxs zərərçəkmişləri aldadaraq küllü-miqdarda pullarını mənimsəyib. Səid Əliyev müştərilərdən nağd formasında aldığı daşıma pullarını sözügedən şirkətə ödəməyib. Nəticədə ''Caucasus Auto İmport'' şirkəti tərəfindən Gürcüstana qədər gətirilən avtomobillər daşınma haqları ödənmədiyi üçün elə aylardır oradaca qalıb.

Hətta bəzi iddialara görə, Səid Əliyev adına olan etibarnamələrdən sui-istifadə edərək bəzi avtomobilləri Gürcüstanda satıb.

Məsələ ilə bağlı əvvəlcə Səid Əliyevlə əlaqə saxlamağa çalışsaq da, Gürcüstanda olduğu üçün bu, mümkün olmadı. Daha sonra iddiaçıların adını səsləndirdiyi "Caucasus Auto İmport'' şirkətinin Bakıdakı rəsmi ofisinə getdik. Oradan bildirildi ki, Səid Əliyev adlı şəxsə görə, onlar məsuliyyət daşımırlar. Çünki zərərçəkənlər bu şirkətlə deyil, Səid Əliyevə məxsus şirkətlə müqavilə bağlayıblar.

Şirkətdən həmçinin bildirildi ki, rəsmi qaydada daşıma xərci ödənildikdən sonra həmin avtomobillər Azərbaycana gətirilə bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
237

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
215

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
201

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
225

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
212

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
331

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
331

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
338

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
342
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 03:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru