Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2020
11:31
Xanhüseyn Kazımlının qızı da namizəd oldu

V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlının qızı Əsli Kazımova da deputatlığa namizəddir.

Ə. Kazımova namizədliyi 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürüb. Onun sənədləri DSK-ya ötən gün təqdim olunub.

“Qafqazinfo” məsələ ilə bağlı deputatın özüylə əlaqə saxlayıb. X. Kazımlı namizədliyini irəli sürmədiyini bildirib. Əlavə edib ki, partiya ölkə başçısının kursuna uyğun siyasət müəyyənləşdirir: "Gənclərin irəli sürülməsi siyasətini dəstəkləyirlər". 

Qeyd edək ki, Ə. Kazımova 11 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. 2004-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. Hazırda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimidir.

Ə. Kazımovanın atası deputat Xanhüseyn Kazımlı birinci, ikincı,üçüncü və dördüncü çağırış Milli Məclisin deputatıdır. O, ötən illərdə 66 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmişdi.

Xatırladaq ki, həmin dairədən deputatlığa namizədlərdən biri də V çağırış Milli Məclisin deputatı Çingiz Qənizadədir.

Məqalədə : Xanhüseyn Kazımlı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Osloda ən məşhur ad "Məhəmməd"dir

24

Yanvar
13:08
MARAQLIDIR
145

Brüssel də Brexit-i təsdiqləyib

24

Yanvar
12:45
DÜNYA
137

Pompeo Rusiyanı cəzalandırmaq istəyir

24

Yanvar
12:37
DÜNYA
138

Xırdalanda su kəsiləcək

24

Yanvar
10:10
ÖLKƏ
216
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-01-2020 13:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru