Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Sentyabr

2021
11:18
XalqOnline - biznes üçün ən yaxşı bank tətbiqi

Ukraynanın SME Banking Club beynəlxalq assosiasiyası, (Международная ассоциация SME Banking Club) Azərbaycan banklarının mobil tətbiqlərinin biznes üçün imkan və funksionallığına dair geniş araşdırma keçirib. Azərbaycan banklarının korporativ seqmentinə xidmət göstərən mobil bankların reytinqində Xalq Bankın XalqOnline mobil bank tətbiqi birinci yerə layiq görülüb. Bu haqda agentliyin Azərbaycanda biznes mobil bankçılığının inkişafına həsr olunmuş xüsusi buraxılışında məlumat verilir (Mobile Business Banking 2021). 

Araşdırmada ölkənin aparıcı bankları arasında korporativ müştərilər üçün mobil bank platformasına malik bankların mobil tətbiqi iştirak edib. Mütəxəssislər mobil bankı biznes üçün maksimum imkanları əks etdirən əsas funksiyalarını - qeydiyyat prosesi, əmanətlər, ana səhifə, maliyyə, hesab və çıxarışlar, digər sistemlərlə inteqrasiya, ödənişlər, təhlükəsizlik, valyuta əməliyyatları, kartlar, dəstək və kommunikasiya kanalları üzrə 130 meyar əsasında qiymətləndiriblər.

XalqOnline Xalq Bankın vahid platforma daxilində fərdi və korporativ müştərilərə xidmət göstərən internet və mobil bank sistemidir. Layihə 2019-cu ildə Xalq Bank tərəfindən texnoloji tərəfdaşı olan LWO International (Belarus) şirkəti ilə birgə həyata keçirilib.

SME Banking Club - 25-dən çox ölkədə fəaliyyət göstərən orta və kiçik biznesi banklarla əlaqələndirən peşəkar şəbəkə, biznes bankçılıq (kredit təhlili, risklərin idarəedilməsi, məhsulların inkişaf etdirməsi, marketinq və satış) sahəsində böyük təcrübəyə malik bank konsaltinq mərkəzidir.

Mənbə: https://smebanking.news/ru/40234-mobile-business-banking-2021-azerbaijan/

Məqalədə : xalq bank 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

23

Sentyabr
14:45
SİYASƏT
185

Sabahın hava proqnozu açıqlanıb

23

Sentyabr
12:59
ÖLKƏ
201

MTN generalının məhkəməsi başlayıb

23

Sentyabr
11:11
HÜQUQ,HADİSƏ
290

Sənədsiz evlərin sahiblərinə YENİ XƏBƏR - VİDEO

23

Sentyabr
10:16
İQTİSADİYYAT
352

AMB-nin valyuta məzənnələri

23

Sentyabr
09:45
İQTİSADİYYAT
300

Azərbaycana payız gəlib

23

Sentyabr
09:16
DÜNYA
375

Baş Prokurorluq partiya sədrinə xəbərdarlıq edib

22

Sentyabr
16:13
HÜQUQ,HADİSƏ
432
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2021 19:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru