Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 May

2021
11:52
Vyanada İranın iştirakı olmadan iclas keçirildi

Avstriya paytaxtı Vyana şəhərində 4+1 dövlətləri arasında nüvə sazişinə qayıtmaq və İrana qarşı sanksiyaların ləğvi ilə bağlı müzakirələr İranın iştirakı olmadan keçirilib.

İran mətbuatı xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov bildirib. 

Onun sözlərinə görə, 4+1 və ABŞ dövlətlərinin İranın iştirakı olmadan üçüncü iclasda Hərtərəfli Birgə Fəaliyyət Planının son gedişatları detallı şəkildə müzakirə edilib.

Qeyd edək ki, bundan əvvəl, İranın xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçi Vyanadakı danışıqlarda yaxşı irəlləyişlərin əldə olunmasına baxmayaraq, hələ də bir sıra həll olunmayan ciddi məsələlərin qaldığını vurğulayıb.  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 18:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru