Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2021
15:57
Vətəndaşların NƏZƏRİNƏ: “Hərbi təlimlərin keçirildiyi barədə saxta məktublar göndərilir”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti elektron poçt üzərindən həyata keçirilən daha bir “fişinq” kampaniyasını qeydə alıb.

Nazirlikdən verilən məlumata görə, vətəndaşlara elektron poçt üzərindən göndərilən saxta məktublarda guya Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə müxtəlif hərbi təlimlərin keçirildiyi bildirilir.

Qeyd olunur ki, həmin təlimləri canlı izləmək üçün Dövlət Mülki Aviasiya Agentliyi Müdafiə Nazirliyi ilə birlikdə “Sarsılmaz qardaşlıq - 2021” proqramını hazırlayıb. Saxta məktubda həmin proqramı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiq etdiyi vurğulanır.

Daha sonra istifadəçidən saxta məktuba əlavə edilən keçidə daxil olması və proqramı yükləməsi istənilir. Həmin keçiddə isə zərərverici proqramlar yerləşdirilir və keçidə daxil olub proqramı yükləyən istifadəçinin cihazı yoluxur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir. Məqsəd müxtəlif sosial mühəndislik texnikalarından istifadə edərək istifadəçiləri zərərli keçidlərə daxil olmağa vadar etməklə cihazlarını yoluxdurmaq və fərdi məlumatlarını ələ keçirməkdir.

Vətəndaşlara tövsiyə olunur ki, bu kimi məlumatlara etimad etməsinlər. İlk öncə fərqli əlaqə vasitələrindən istifadə etməklə məktubun göndərildiyi ünvanı və məlumatların düzgünlüyünü rəsmi mənbədən yoxlasınlar. Tanımadıqları şəxslərdən göndərilən heç bir keçidə daxil olmasınlar və hər hansı faylı yükləməsinlər.

Bununla yanaşı, e-poçtdan təhlükəsiz istifadəyə dair Elektron Təhlükəsizlik Xidməti tərəfindən hazırlanan təlimatda göstərilən tövsiyələrə əməl etsinlər:

“E-poçtdan təhlükəsiz istifadəyə dair” təlimat: https://cert.az/news/2020/elektron-poctdan-tehlukesiz-istifadeye-dair-telima

Vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdiklərində sayt və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
125

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
210

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
215

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
210

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
353

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
358
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 13:22





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru