Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2019
17:00
986
Vətəndaşlarımıza diskomfort yaratmayın - NAZİRLİK

Restoran və şadlıq saraylarından havaya atılan tullantıların azaldılması, normalara cavab verməsi üçün artıq onların 95 faizində təmizləyici qurğular quraşdırılıb. Lakin paytaxtda “tüstüləməyə” davam edən restoranlara hələ də rast gəlinir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı Nazirliyə də şikayətlər daxil olub:

“Mütəxəssislərimiz tərəfindən restoranlarda təkrar monitorinqlər aparılıb və məlum olub ki, bəzi restoranlarda təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında texniki xidmət göstərilmədiyindən, filtrlər vaxtaşırı təmizlənmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Bu da sakinlərin haqlı narazılığına səbəb olur. Qurğulara vaxtında texniki xidmətin göstərilməsi, filtrlərin vaxtaşırı təmizlənməsi üçün obyekt sahiblərinə xəbərdarlıqlar edilib, icrası məcburi olan “məcburi göstəriş”lər verilib. Təmizləyici qurğuların quraşdırılması ilə iş bitmir. Restoran sahibləri bilməlidirlər ki, qurğulara vaxtında texniki xidmət göstərilməli, filtrləri də vaxtında təmizlənməlidir. Filtrlərin təmizlənməsi nə çətin işdir, niyə bunu vaxtında etmirlər?".

Nazirliyin sözçüsü şadlıq saraylarının sahiblərini filtrlərin vaxtında təmizlənməsini təmin etməyə çağırıb: "Hələ ki, məhərrəm ayıdır, toyların olmamasını nəzərə alaraq qurğulara texniki xidmət göstərilməsini, filtrlərin vaxtında təmizlənməsini təmin etsinlər və sakinlərə, vətəndaşlarımıza diskomfort yaratmasınlar”.(report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1149

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
69

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
92

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
318

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
355
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 04:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru