Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2020
15:30
Vətəndaşlara DİN adından saxta SMS-lər gəlir

Azərbaycanda bir çox vətəndaşın mobil telefonuna Daxili İşlər Nazirliyi (DİN) adından SMS göndərilərək 100 manat cərimə edilmələri barədə xəbərdarlıq gəlir.

SMS-də istifadəçiyə pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə girdiyi üçün "blok olunduğu" bildirilir.

Həmçinin "blokdan çıxmaq" üçün 100 manat cərimə ödənilməsi tələb edilir. Cərimənin ödənilməsi üçün isə E-pul.az ödəniş sistemində pul kisəsi ünvanı göstərilir.

"Cərimənin ödənilməsi tələbini nəzərə almadığınız halda, cihazınızda olan bütün kontaktlara həmin insidentin təsviri və və cərimə barədə sizə məlumat vermələri xahişi ilə SMS göndəriləcək” şəklində yazılan şantaj mətnində cinayət işi başlanacağı barədə də hədə yer alır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, bu cür dələduzluq halları bir neçə il əvvəl də müşahidə edilib:

“Həmin vaxt DİN tərəfindən müvafiq araşdırma aparılıb və bu əməli törədənlər ifşa edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılıblar. Əgər hazırda da belə hal varsa, rəsmi qaydada hüquq mühafizə orqanlarına müraciət edilsin və məsələ araşdırılacaq”, - deyən E.Zahidov vətəndaşları diqqətli olmağa çağırıb.

“Report” məsələ ilə bağlı “E-pul” layihəsinin Müştəri Xidməti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, bu, sadəcə müxtəlif brauzerlərdən yayılan virusdur və onun ödəniş sistemi ilə heç bir əlaqəsi yoxdur, qeyd olunan nömrəli pul kisəsi isə mövcud deyil və ona hansısa məbləğdə ödəniş həyata keçirmək mümkün deyil.(report)

Məqalədə : sms DİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48141

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46177

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47835

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47431

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53004

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47059

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47460
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-10-2020 11:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru