Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Fevral

2020
11:22
V ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 2 yeni ixtisas yaradılıb

Azərbaycanda xüsusi qabiliyyət tələb edən V ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 2 yeni ixtisas yaradılıb, 4 ixtisas əsasında 3 ixtisas formalaşdırılıb.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Beləliklə, V ixtisas qrupunda Bədən tərbiyəsi və idman, Solo oxuma, Estrada sənəti, Xalq çalğı alətləri ifaçılığı və Rəqs müəllimliyi  ixtisasları siyahıdan çıxarılıb.  Dekorativ sənət,  Dizayn (təsviri sənət istiqaməti), Dizayn (memarlıq və dizayn istiqaməti) və Məşqçi (idman növü üzrə) ixtisasları əsasında Dekorativ tətbiqi sənət (sahələr üzrə), Dizayn (sahələr üzrə) və Məşqçilik ixtisasları formalaşdırılıb.

V ixtisas qrupuna daxil edilən yeni ixtisasların siyahısında isə Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) və Vokal sənəti (sahələr üzrə) ixtisasları yer alıb. Beləliklə, son dəyişiklikdən sonra V ixtisas qrupuna aşağıdakı 19 ixtisas daxildir:

1. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi

2. Musiqi müəllimliyi

3. Təsviri incəsənət müəllimliyi

4. Aktyor sənəti

5. Bəstəkarlıq

6. Dekorativ tətbiqi sənət (sahələr üzrə)

7. Dirijorluq (sahələr üzrə)

8. Dizayn (sahələr üzrə)

9. Heykəltəraşlıq

10. İnstrumental ifaçılıq (sahələr üzrə)

11. Musiqişünaslıq

12. Operator sənəti

13. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)

14. Qrafika

15. Rejissorluq

16. Rəngkarlıq

17. Vokal sənəti (sahələr üzrə)

18. Xoreoqrafiya sənəti (sahələr üzrə)

19. Məşqçilik.

Məqalədə : ixtisas qrupu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu məhkəmələrdən xalq narazıdır - SİYAHI

19

Fevral
10:31
HÜQUQ,HADİSƏ
381

Şamaxıda zəlzələ oldu

18

Fevral
18:20
ÖLKƏ
405

Koreyada tuneldə 30 maşın toqquşub

18

Fevral
17:35
DÜNYA
352

Fevralın 19-na manatın məzənnəsi

18

Fevral
17:30
İQTİSADİYYAT
291
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 12:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru