Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2018
11:17
Vida təzyiqə tab gətirmədi: Bir daha üzr istəyirəm

Xorvatiya yığmasının müdafiəçisi Domaqoy Vida "Yaşasın Ukrayna" video-müraciətinə görə təkrar üzr istəyib. FaktXəbər bildirir ki, İngiltərə ilə oyunda 120 dəqiqə tamaşaçıların etiraz uğultusu ilə qarşılaşan xorvat futbolçu oyundan sonra deyib ki, bir daha videomüraciət ünvanlamayacaq.

"Mən bilirəm ki, səhv etmişəm. Mən bir daha Rusiya əhalisindən üzr istəyirəm. Bu barədə düşünmürdüm, üzr istəyirəm, bu, həyatdır. Səhvlər üzərində öyrənmək lazımdır",-deyə xorvatiyalı əlavə edib.

Domaqoy Vida Ukrayna ilə bağlı ünvanladığı videomüraciət barədə daha sonra bunları deyib: "Mən 5 il Ukraynada top qovmuşam və buna görə onlara minnətdaram. Onlar həmişə məni dəstəkləyiblər".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Vida 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2018 15:57



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com