Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Avqust

2021
11:30
Valideynlərin NƏZƏRİNƏ: “Bu uşaqların səhhətində problemlər yaranmağa başlayır” - VİDEO

“Risk qrupuna daxil olan bəzi uşaqlar koronavirusu ağır keçirir. Məsələn, bir yaşdan aşağı, hər hansı xroniki, yəni ürək, böyrək xəstəlikləri olan, serebral iflicdən, xərçəngdən əziyyət çəkən, əvvəldən və ya sonradan yaranan immunitet çatışmazlığı olan uşaqlar digərlərinə nisbətən xəstəliyi ağır keçirə bilər”.

Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

O bildirib ki, koronavirusa yoluxub sağalan uşaqların səhhətində bəzi problemlər yaranmağa başlayır:

“Əvvəl düşünürdük ki, koronavirus yalnız qış aylarında yayılır. Lakin sonradan gördük ki, bu, hər cür havada yayılan xəstəlikdir. Pandemiyanın ilk günlərində uşaqlar çox az xəstələnirdi və xəstəliyi çox yüngül keçirirdi. Ona görə də biz həkimlər deyirdik ki, çox da narahat olmağa dəyməz.

Lakin 2020-ci il aprelin sonunda İngiltərədə koronavirusdan sonra kavasaki sindromuna bənzəyən iltihabi proses müşahidə edildi. Onun adı isə “MİS C” sindromudur. O, sağlam uşağın koronavirusa yoluxub, sağalmasından sonra əmələ gəlir. Başlanğıcda onun müalicəsində çətinliklər çəkdik”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
934
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-09-2021 14:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru