Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Oktyabr

2019
11:21
422
Çuxuryurd gölünü zibilliyə çevirən bələdiyyə sədri cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şamaxı rayonundakı Çuxuryurd gölünün zibilliyə çevrilməsi ilə bağlı məsələyə münasibət bildirib.

ETSN-in Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlamasında bildirib ki, təbiətimizə öz evimiz kimi yanaşmağın vaxtıdır:

“Gəlin, əvvəlcə müəyyənləşdirək, bu əraziyə tullantıları atan kimlərdir? Əlbəttə ki, gölün ətrafında yaşayanlar. Qəribə olan da budur ki, sakinlər özləri özlərindən şikayət edir. Düzdür, bu əraziyə cavabdeh bələdiyyə tullantıların idarə edilməsində tam olaraq heç bir iş görməyib və ona görə də cərimələnəcək. 

Amma gəlin, görək cərimə ilə iş bitirmi? Əmin edirəm ki, cərimədən bir neçə ay sonra orada yenə də eyni mənzərə ilə üzləşəcəyik. Çünki belə hallar təcrübədə dəfələrlə təkrarlanır. Ətrafı çirkləndirən, zibili hara gəldi atan özümüzük, qohumlarımız, qonşularımızdır. Evimizin içindəki zibili çıxarıb, evimizdən kənara atırıq, sonra da şikayət edirik. Deməli, sakinlər özləri nəsə etməlidir.

Görəsən, niyə kənd sakinləri, qonşular, ağsaqqallar zibil atanlara qarşı çıxmır və onlar qınanmır? Yəqin ki, bələdiyyə sədri də eyni kənddə yaşayır və bu mənzərədən xəbərdardır. Nə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyi cərimə etməlidir, göstəriş verməlidir? Təbiətimizə öz evimiz kimi yanaşmağın vaxtıdır. Yenə də ümidimiz var ki, nəticə əldə olunacaq və ərazi bir daha çirkləndirilməyəcək”.

İ.İbrahimova qeyd edib ki, hazırda qurumun əməkdaşları sözügedən ərazidədir və oranın təmizlənib əvvəlki vəziyyətə gətirilməsi üçün aidiyyəti qurumlara tapşırıqlar verilib:

“Həmin yer tullantılardan təmizlənir. Əraziyə cavabdeh Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin sədri Sultanpaşa Məlikov barəsində akt və protokol tərtib olunub. O, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimələnib.

Bundan sonra tullantıların düzgün idarə olunması üçün bələdiyyə sədrinə icrası məcburi olan “məcburi göstəriş” verilib” .

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
33

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
62

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
51

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
224

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
92

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
174
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 12:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru