Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2021
10:13
Umayra Tağıyeva: “Soyuq hava şəraiti Mərkəzi Rusiyadan gələn antisiklonun təsiridir”

“İlin hər bir fəsli hava şəraitinin fərqləndirici xüsusiyyətləri ilə bərabər özünəməxsus gözəllikləri ilə seçilir. Payız fəsli də bu baxımdan istisna deyil. Payızın ortalarında artıq günlərin qısalması və havaların soyuması daha çox hiss edilir.

Bu ilin oktyabr ayı havanın temperaturunun aşağı düşməsi, yağışlı və çiskinli günlərlə başlayıb. Hətta bəzi bölgələrdə son altı gündə ay ərzində düşən miqdarda yağıntı qeydə alınıb, yağıntılar intensiv və güclü olub, dağlıq ərazilərdə qar yağıb”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O deyib ki, ayın əvvəli son illərdə oktyabr ayında müşahidə edilən hava şəraitindən xeyli fərqlənib:

“Bu, Mərkəzi Rusiyadan gələn soyuq antisiklonun və tədricən ərazimizə daxil olan soyuq atmosfer cəbhələrinin təsiridir”.

U.Tağıyevanın sözlərinə görə, düşən yağıntının miqdarı Şəmkirdə aylıq normanın 94, Ağstafada 103, Oğuzda 93, Balakəndə 98, Zaqatalada 111, Lənkəran-Astara zonasında 23-41 faizini (63-103 mm) təşkil edib:

“Bu ay eyni zamanda sel hadisələri qeydə alınıb. Yağan leysan yağışlar nəticəsində Əsrikçay-Əsrikcırdaxan (Tovuz), Girdimançay-Qaranohur (İsmayıllı), Talaçaydan (Zaqatala) sel keçib. Qar örtüyünün hündürlüyü Şahdağda 4, Qrız, Xınalıqda 3, Ləzədə 2 sm təşkil edib. Havanın orta sutkalıq temperaturu 16,9, 2020-ci ilin müvafiq dövründə isə 20,2 dərəcə isti olub ki, bu da ötən illə müqayisədə 3,3 dərəcə aşağıdır”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
431

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
578

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
573

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
614

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
600
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 09:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru