Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2021
14:43
Ukrayna parlamenti qarşısında Xocalı soyqırımıyla bağlı məsələ qaldırıldı

Ukrayna Azərbaycanlıları Radasının Baş katibi Cəlal Hüseynov təşkilat adından bu ölkənin parlamentinə Xocalı soyqırımının müzakirəyə çıxarılmasına dair Ukrayna prezidentinin Krım Muxtar Respublikası üzrə nümayəndəsi Anton Korineviçə müraciət edib. 

Oxu.Az xəbər verir ki, Anton Korineviç bununla əlaqədar Ukrayna Ali Radasının komitəsinə müraciət ünvanlayaraq parlamentdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımının müzakirə edilməsi və siyasi qiymətin verilməsi təklif olunub.

Ukrayna Ali Radasının insan haqqları, milli azlıqlar, millətlərarası münasibətlər və müvəqqəti işğal olunmuş ərazilərin azad olunması və reinteqrasiyası üzrə Komitəsinin sədri Dmitri Lubinetsin imzası ilə cavab məktubu gəlib. Məktubda vurğulanıb ki, Ukrayna dözümsüzlük və ayrı-seçkiliyə əsaslanan bütün fəaliyyəti qətiyyətlə pisləyir. 

Ukrayna çoxmillətli dövlət olaraq, milliyyətindən asılı olmayaraq hər bir insanın həyatına və ləyaqətinə yüksək dəyər verir. Tolerantlıq, xalqın bütün etnik qruplarının bərabərliyi prinsipinin təsdiqi Ukrayna dövlət orqanlarının əsas vəzifələrindən biridir. Cavab məktubunda Ukrayna parlamentində Xocalı soyqırımına siyasi qiymətin verilməsinə dair müraciətin Ukrayna icra hakimiyyətinin mərkəzi orqanının münasibəti əsasında baxıla biləcəyi qeyd edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
175

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
291

Azərbaycan nefti ucuzlaşıb

18

İyun
10:57
İQTİSADİYYAT
285

İranda prezident seçkiləri keçirilir

18

İyun
09:43
DÜNYA
275

Neftin ucuzlaşması davam edir

18

İyun
09:22
İQTİSADİYYAT
297
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2021 03:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru