Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyun

2019
11:20
463
UEFA: Bakı `AVRO-2020`ni qəbul etməyə hazırdır

Bakı tez bir zamanda özünü populyar qəbul edən şəhər kimi təqdim etməyi bacardı. Azərbaycan paytaxtı beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün çox şeylər təklif edə bilər. Bakı "AVRO-2020"nin 12 qəbul edən şəhəri olmağa hazırdır.

Bu barədə UEFA-nın saytında yerləşdirilən xəbərdə bildirilir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov paytaxtın "AVRO-2020"nin dörd final oyunlarının keçirilməsi üçün hazırlandığı, eləcə də, azarkeşləri Bakıda nələrin gözlədiyinindən danışıb.

"Biz gələcəkdə Bakının idman mərkəzinə çevrilməsi üçün strategiya hazırlamışıq və tədricən də bu məqsədə çatırıq. Bakı idman mərkəzinə çevriləcək. AVRO oyunlarının keçirilməsi futbolun inkişaf etdirilməsi, daha çox insanın futbola cəlb edilməsinə gətirib çıxaracaq. Futbol heç vaxt inkişafdan qalmayacaq bir idman növüdür. Bundan əlavə, son bir neçə ildə onun populyarlığı nəzərəçarpacaq dərəcədə yüksəlib. Düzdür, digər idman növləri də var ki, onlara da maraq artır. Buna baxmayaraq futbol idman növləri içərisində ən populyarıdır. Bizim üçün futbola ölkədə və bütövlükdə regionlarda marağın səviyyəsini qoruyub saxlamaq vacibdir. Bizim qazancımız o olacaq ki, daha çox uşaq öz kompyuterlərini bir kənara qoyub futbol oynamaq üçün küçəyə çıxacaqlar. Bu da sağlam həyat tərzinin inkişafına və daha sağlam millətin böyüməsinə səbəb olacaq"- deyə E.Məmmədov bildirib.

AFFA-nın baş katibi bildirib ki, Bakı harmoniya şəhəridir. Belə ki, burada tarixi hissə də mövcuddur. Şəhər çox maraqlı və cəlbedicidir. Gözəl yerləri ilə göz oxşayır. Tarixi hissəsi ilə yanaşı, şəhərin müasir hissəsi də bura gələn insanların diqqətini özünə cəlb edir. Müxtəlif bədii sərgilər, müasir görməli yerlər mövcuddur.

"Bundan əlavə Bakı müxtəlif idman tədbirlərinin keçirildiyi idman mərkəzidir. Beləliklə də, turistlər Bakıda olduqları müddətdə şəhəri üç əsas tərəfindən görüb həzz ala biləcəklər. Bütün bu obyektlər bir-birinə çox yaxındır, hətta bir çoxuna bir neçə dəqiqəyə piyada çatmaq da mümkündür. 2020-ci ildə biz bütövlükdə AVRO-nun Bakıda və qonşu ölkələrdə bütöv tarixini yazacağıq. Çünki, biz istəyirik ki, bizim bütün region AVRO-2020-dən xüsusi emosiya hiss etsin. Şəhərdə müxtəlif rəngarəng diqqət çəkən tədbirlər keçiriləcək və biz fan-zonaların iş müddətinin uzadılmasına hazırlaşırıq. Bununla da insanların ora gəlib həzz almalarına, sonra isə gedib öz komandalarına azarkeşlik etmələrinə şərait yaratmağa çalışırıq".

Məqalədə : AVRO-2020 UEFA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

23

Sentyabr
14:22
İDMAN
129

Bakıda avtobus drenaj xəttinə düşüb - FOTO

23

Sentyabr
12:43
NƏQLİYYAT
130

Narkobarondan 1 kq-dan artıq heroin götürüldü

23

Sentyabr
12:20
HÜQUQ,HADİSƏ
166

Ən təhlükəli parollar sadalanıb

23

Sentyabr
12:11
MARAQLIDIR
164

Azərbaycana Rusiyadan 7 ton pendir idxal edilib

23

Sentyabr
11:22
İQTİSADİYYAT
223

DİN: Həftəsonu yol qəzalarında 2 nəfər ölüb

23

Sentyabr
10:40
HÜQUQ,HADİSƏ
165
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 15:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru