Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

09 Fevral

2017
22:47
1706
Uşaqları planşetdən uzaqlaşdırmağın YOLLARI

Evdə, restoranda, parkda, alış-veriş mərkəzində və ağılınıza gələ biləcək hər yerdə uşaqların əlində netbuk, telefon, planşet görürük. Bəzi valideynlər uşaqları müasir smartfonlardan uzaqlaşdırmaqda çətinlik çəkirlər. Elmi texniki tərəqqi uşaqları öz aludəçisinə çevirib. Lakin qurtuluş yolu var. Bunun üçün uşaqlarınızla birlikdə oyunlar oynaya bilərsiniz.

Uşaqları ağıllı cihazlardan uzaqlaşdırmaq üçün bəzi oyunlar təklif edirik.

Mahnını tap

 

Uşağa bildiyi bir mahnını zümzümə edin, hansı mahnı olduğunu tapıb desin.

 

Hansı var, hansı yoxdur?

 

Masanın üzərinə bir neçə əşya qoyun. Uşağa diqqətlə baxmasını deyin. Sonra gözlərini bir bezlə bağlayın və əşyalardan birini gizlədin. Sonra gözlərini açın və ondan hansı əşyanın olmadığını soruşun.

 

Mən kiməm?

 

Ağılınızda bir heyvan seçin. Uşaq sizə o heyvanın xüsusiyyətləri haqqında suallar versin. Cavablarınıza əsasən hansı heyvan olduğunu təxmin etməyə çalışsın.

 

Rəngləri öyrədin

 

Uşağa rəngləri öyrətmək üçün çox əyləncəli bir üsuldur. Ona bir rəng söyləyin və olduğunuz otaqda həmin rəngdə bir obyekt tapmasını istəyin.

 

X şəklində bir obyekt tap

 

Rəngləri öyrətdiyiniz kimi həndəsi fiqurları da öyrədərkən eyni oyunu seçə bilərsiniz.

 

Hansı fərqlidir?

 

Bir kağıza ortaq xüsusiyyətləri olan bir neçə obyekt yazın. Bir dənə də fərqli obyekt əlavə edin. Uşağa fərqli olanı tapmasını istəyin.

 

Tapmaca

 

Uşağın tapa biləcəyi tapmacalar öyrənin. Sonra isə bunları ondan soruşun. Tapmaqda çətinlik çəkdikdə ipucları verin.

 

Hansı əlimdədir?

 

Klassik "hansı əlimdədir?" oyununu uşaqla da oynaya bilərsiniz. Bir əlinizə əşya qoyub arxanızda qarışdırdıqdan sonra uşaqdan tapmasını istəyin.(Lent.az)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru