
İctimai Televiziya və Radio Yayımları Şirkəti fevralın 9-da keçiriləcək parlament seçkilərində deputatlığa namizədlərə öz təşviqat kampaniyalarını aparmaq üçün ödənişli və ödənişsiz efir vaxtı verməyə hazırdır.
Qeyd olunub ki, qanunvericiliyə uyğun olaraq, ödənişsiz efir vaxtı 60-dan çox dairədə deputatlığa namizədi qeydə alınmış siyasi partiya və bloka veriləcək: "Bununla bağlı yanvarın 17-dən sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Seçki Komissiyasına müraciət edəcək.
Ödənişli təbliğata gəlincə, İTV və İctimai Radio artıq parlament seçkiləri çərçivəsində siyasi reklam üçün müəyyən etdiyi qiymətləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Yayımlanma vaxtından asılı olaraq İTV-də siyasi reklamın bir saniyəsinin qiyməti 22-65 manat arasında dəyişir. İctimai Radioda isə siyasi reklamın bir saniyəsinin qiyməti 7-25 manat aralığındadır. Qiymətlər və siyasi reklamın efirə getmə vaxtları ilə daha ətraflı Mərkəzi Seçki Komissiyasının saytında tanış olmaq olar. Bu qiymətlər hazırda İTV və İctimai Radioda mövcud olan qiymətlər əsasında formalaşdırılıb.
2015-ci il parlament seçkilərinə nisbətən qiymətlərdə olan artım son 5 il ərzində reklam və televiziya bazarında baş vermiş dəyişikliklər, habelə İTV-nin və İctimai Radionun efirinin xeyli təkmilləşməsi ilə bağlıdır. Eyni zamanda İTV və İctimai Radionun bu siyasi reklamın yerləşdirilməsi üçün öz proqram şəbəkəsində dəyişiklik edəcəyi də istisna olunmur. Qanuna uyğun olaraq, ödənişli siyasi təşviqat üçün nəzərdə tutulan vaxt namizədlər arasında bərabər bölüşdürüləcək.
Ödənişli efir üçün müraciətlər qanunda nəzərdə tutulmuş qaydada İctimai Televiziya və Radio Yayımları Şirkətinə edilməlidir.
İctimai Televiziya və İctimai Radio qarşıdan gələn parlament seçkilərinin ölkənin ictimai-siyasi həyatında rolunu anlayaraq seçkilər çərçivəsində maarifləndirmə, ödənişli və ödənişsiz təbliğata xüsusi fikir verəcək. Biz ictimai yayımçı olaraq qanunla üzərimizə düşən bütün öhdəlikləri tam həcmdə yerinə yetirməyə hazırıq".(report)

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun18-06-2020 15:52 İTV-nin iki əməkdaşı COVID-19-a yoluxub
09-06-2020 17:50 İTV əməkdaşının Bərdədə hücuma məruz qalması ilə bağlı məlumat yayıb
22-05-2020 11:30 İTV-dən çəkiliş avadanlıqları oğurlayan şəxs saxlanılıb
16-01-2020 11:29 İTV-nin təşviqatla bağlı müəyyənləşdirdiyi qiymətlər normaldır
28-09-2019 11:22 İTV-də baş verən yanğında zəhərlənənlər evə buraxılıb
28-09-2019 08:49 “İTV”nin binasında baş verən yanğında zəhərlənən şəxslərin adları məlum o
- 25-06-2020 09:50 Kərəm Həsənovun kadrları işdən çıxarıldı - SİYAHI
- 23-06-2020 17:45 "Düşmənə qarşı hamılıqla səfərbər olmalıyıq" - Hacı Mövsüm Səmədov
- 19-06-2020 13:42 Vəzifəli və hüquqi şəxslərlə bağlı yükək məbləğdə yeni cərimələr müəyyən edilir
- 19-06-2020 12:20 Samir Şərifov deputatı sərt tənqid etdi
- 19-06-2020 11:58 Dövlət büdcəsinin icrası son oxunuşda təsdiq edildi
- 19-06-2020 11:49 Millət vəkili 190 manatın iyun və iyul aylarında da verilməsini təklif edib
- 19-06-2020 09:32 Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək
- 17-06-2020 15:07 İranlı nazir Şahin Mustafayevə zəng edib
- 17-06-2020 13:21 İran Azərbaycana təşəkkür etdi
- 16-06-2020 16:45 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum oldu
- 16-06-2020 16:05 H.Hacıyev Dağıstanda azərbaycanlılarla bağlı baş vermiş hadisəni şərh edib
- 12-06-2020 13:26 Dövlət büdcəsinin icrası təsdiq edildi
- 12-06-2020 09:07 Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək
- 11-06-2020 08:52 Sabah Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək
- 10-06-2020 17:42 M. Elmar : Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir
- 10-06-2020 14:44 Azərbaycan XİN bəyanat yayıb
- 10-06-2020 13:50 Azərbaycanla Türkmənistan arasında ikitərəli sənədlər təsdiqlənib
- 10-06-2020 12:04 Azərbaycan Yəmən xalqına yardım edib
- 09-06-2020 12:05 Milli Məclis iki yeni qanun layihəsinin müzakirəsini təxirə saldı
- 08-06-2020 13:31 Azərbaycanda bir qəsəbəyə şəhər, iki kəndə isə qəsəbə statusu verilir
- 08-06-2020 10:10 Babək rayonunun ərazi bölgüsündə dəyişiklik müzakirə ediləcək
- 05-06-2020 10:40 Mətbuat Şurası jurnalistlərə müraciət edib
- 05-06-2020 09:52 Bu gün növbədənkənar iclasda 4 məsələ müzakirə ediləcək
- 04-06-2020 09:34 Bu gün keçirilən iclasda bir neçə qanun layihəsini müzakirə ediləcək
- 02-06-2020 12:43 Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası təyin edilib