Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2021
11:26
Tərtərlilər niyə icra başçısından narazıdır?

Məlum olduğu kimi, ötən gün Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşlarla kobud davranışıyla gündəmə gəlib. 

Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. İcra başçısı onun çıxışını videoya çəkən vətəndaşın üstünə qışqıraraq onunla “Yığışdır, al telefonu onun əlindən” deyə kobud şəkildə rəftar edib. 

Vətəndaşlar isə öz çıxışlarında M. Məmmədovun qəbuluna gedərkən icra başçısının onlarla küçə söyüşləriylə danışdığını, onlara zülm etdiyini iddia edirlər. Bildirirlər ki, rayon rəhbəri vətəndaşlara “Gedin hara şikayət edirsinizsə edin, mənlik deyil” şəklində cavablar verir. Ümumiyyətlə, sakinlər hər hansı problemlərinin həllində Müstəqim Məmmədov tərəfindən heç bir köməklik edilmədiyini bəyan edirlər. Yayılan videoda həbsdən çıxmış vətəndaşın qəbul zamanı yenidən həbslə hədələnməsi barədə iddia da qeyd olunub. 

Məsələ ilə bağlı İcra Hakimiyyəti ötən gün açıqlama yayıb. Bildirilib ki, yol tikintisi ilə bağlı siyahıyaalma zamanı məlum olub ki, tikinti zolağına düşən və vətəndaşların istifadəsində olan, lakin Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən çox sayda sahibkarlıq obyektləri mövcuddur. Amma onlara qeydiyyatları olmadığı üçün kompensasiyanın ödənilməsi qeyri-mümkündür: "Avtomobil Yolları Dövlət Agentliyindən Tərtər Rayon İcra Hakimiyyətinə 5 may 2021-ci il tarixdə 3/16-9056 nömrəli məktub və siyahı daxil olub. Həmin məktuba əsasən rayon icra hakimiyyəti tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən obyektlərin sahiblərinə yolun tikintisinə maneə törədən qeyri-qanuni tikililərin sökülməsi ilə bağlı xəbərdarlıq edilib. Bu isə sahibkarların etirazına səbəb olub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bununla bağlı “4 yol” adlanan ərazidə olub, sahibkarlarla söhbət edərkən qeyri-etik davranış nümayiş etdirən iki nəfər şəxs özlərini təqdim etmədən  telefonla çəkiliş etməyə başlayıblar. Naməlum şəxslər özlərini kobud apardıqları və heç bir təqdimat etmədikləri üçün onlara çəkiliş etməyə icazə verilməyib. Həmin şəxslərin sahibkarlarla icra hakimiyyətinin nümayəndələri arasında narazılıq yaranmasına təşəbbüs göstərmələrinə baxmayaraq, icra başçısı sahibkarlara müvafiq izahat verərək bildirib ki, tikinti zolağına düşən və Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən obyektlərə qeydiyyatları olmadığı üçün kompensasiya ödənilməsi qeyri-mümkündür”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
145

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
243

Azərbaycan nefti ucuzlaşıb

18

İyun
10:57
İQTİSADİYYAT
270

İranda prezident seçkiləri keçirilir

18

İyun
09:43
DÜNYA
255

Neftin ucuzlaşması davam edir

18

İyun
09:22
İQTİSADİYYAT
277

AMB-nin valyuta məzənnələri

18

İyun
09:11
İQTİSADİYYAT
455
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2021 20:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru