Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2020
17:14
Tərtərdə ana uşağa dağ basdıqca nənə deyirmiş kabab iyi gəlir - VİDEO

Anasının kabab şişi ilə dağladığı doqquz yaşlı T. onkoloji xəstə imiş.

“Səni axtarıram” proqramına gələn ata oğlunun başına gələnləri belə şərh edib:

“Üç gündən sonra uşaq mənə zəng vurdu ki, dədə, məni yandırırlar. Getdim, baxdım, dəhşətə gəldim. Dedim, bu nədir, etmisiniz? Bunu düşmən balasına etməzlər. Uşağın bədənindən, dağ basılan yaralardan irin axırdı. Ana uşağa dağ basanda nənəsi də deyirmiş ki, qara ciyər kababının iyi gəlir. Uşağın mənə dediyini deyirəm”.

Ata doqquz yaşlı oğlunun onkoloji xəstə olduğunu bildirib:

“Biz 10 aydır, ayrı yaşayırıq. Ümumiyyətlə, 10 ildir evlənmişik, 10 ildə bir il bərabər yaşamamışıq. Hər dəfə bir bəhanə ilə küsüb, anasının evinə gedib. Oğlum mənim yanımda qalırdı, qızım isə anasında. Oğlum onkoloji xəstədir. Anası iynə vura bilir, iynələrini vurmaq üçün anasının yanına göndərmişdim”.   

Xatırladaq ki, Tərtər rayonunda ana azyaşlı övladını işgəncə məqsədilə yandırıb. Azadqaraqoyunlu kənd sakini Könül Bəhlul qızı Dünyamalıyeva yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb.

Qadın şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb. Hadisədən xəbər tutan uşağın atası R.Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.

Məlumat üçün bildiririk ki, ailə münaqişəlidir, Dünyamalıyeva Könül (ana) və Dünyamalıyev Rafiq (ata) ayrı yaşayırlar. Araşdırmalar zamanı məlum olub ki, Dünyamalıyeva Könül Laçın rayon sakini Dünyamalıyev Rafiqlə ailəli olub.

Ailə münaqişəsi zəminində himayədarlar arasında yaranan problemlər nəticəsində qadın digər azyaşlı övladı ilə anasının himayəsinə sığınıb. Hər iki tərəf bir-birini qarşılıqlı ittiham edir. Eyni zamanda, nümayəndə heyəti Rafiq Dünyamalıyevin evində səfərdə olub.

Hazırda övladının bədənində heç bir işgəncə yeri yoxdur. /Baku.ws

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əfqanıstanda bombalı hücum baş verib

26

Fevral
18:10
DÜNYA
174

Azərbaycan balı ucuzlaşacaq

26

Fevral
17:35
İQTİSADİYYAT
345

Fevralın 27-nə manatın məzənnəsi

26

Fevral
17:30
İQTİSADİYYAT
203

Adam öldürüb 25 il gizləndi

26

Fevral
16:57
DÜNYA
314

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib

26

Fevral
16:10
HÜQUQ,HADİSƏ
1992

Dünyanın ən populyar smartfonunun adı açıqlandı

26

Fevral
15:11
İQTİSADİYYAT
403
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 23:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru