Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2020
13:20
Türkiyənin müxalif partiyasından Suriya ilə bağlı radikal çağırış

Keçən həftə Suriyanın İdlib vilayətində Türkiyə 7 əsgərini itirmişdi, dünən də Suriya ordusu ilə döyüşdə 5 əsgər itirib. Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı baş verənlərlə bağlı radikal çağırış edib.

Yerli media xəbər verir ki, "Türkiyə Dəməşqə girməyi planlaşdırmalıdır" deyən Dövlət Baxçalı belə davam edib:

"Yansın Suriya, dağılsın İdlib, məhv olsun Əsəd. Zalımlar qana doymayıb, zorakılığa ara verməyib. Dünən İdlibdə milli vicdanı hədər edən yeni şəhid xəbərləri gəlib. Əsgərlərimizə cani Əsəd gücləri toplarla hücum edib. Artıq buna dözəcək halımız qalmayıb. Artıqlaması ilə cavab verilsə də, ürəyimizdəki yanğın qatil Əsəd gedənə qədər soyumayacaqdır. Əsəd qatildir, qeyri-qanunidir. Rusiya səmimi deyildir. Hökumət Rusiya ilə əlaqələrə yenidən baxmalıdır. Əsəd müharibə cinayətkarıdır. Mütləq mühakimə edilməlidir. Əsəd devrilməlidir, cəzalandırılmalıdır."

Qeyd edək ki, döyüşlər Suriyanın İdlib vilayəti yaxınlığında terrorçuların nəzarətində olan Təftənaz aeroportunun ələ keçirilməsi zamanı baş verib. Bundan əlavə, Hələb-Dəməşq yolu da Suriya ordusunun nəzarəti altında keçib. İdlibdə terrorçuların nəzarətində olan ərazilərin isə 50%-nə hazırda Suriya ordusu nəzarət edir.

Fevralın 10-da Türkiyə Suriya ordusunun mövqelərini atəşə tutub. Hücum nəticəsində üç tank və iki minaatan sıradan çıxarılıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Suriya hökumətindən ordunu İdlibdən geri çəkməyi tələb edib. Rəsmi Dəməşq isə terrorçuların nəzarəti altında olan Suriyanın İdlib vilayətinin azadlığı üçün aparılan əməliyyatların nəyə görə dayandırılması və ordunun geri çəkilməsi barədə tələbə hələlik cavab verməyib.

Məqalədə : Türkiyə Suriya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya imtahanın vaxtı açıqlanıb

18

Fevral
11:40
ELM / TƏHSİL
162

Xarici valyutaların manata qarşı məzənnələri

18

Fevral
09:40
İQTİSADİYYAT
327

Dövlət büdcəsində 418 milyon manat qalıq yaranıb

17

Fevral
18:12
İQTİSADİYYAT
366
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2020 12:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru