Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2021
16:47
Türkiyənin Əfqanıstandakı səfiri Taliban rəhbərliyi ilə görüşdü

Türkiyənin Kabildəki səfiri Cihad Erginay Taliban hökumətinin rəhbərliyilə görüşüb.

Bu barədə “Əfqanıstan İslam Əmirliyi”nin rəsmi tvitter səhifəsi məlumat yayıb.

Bildirilib ki, “Əfqanıstan İslam Əmirliyi” hökumətinin baş nazirinin müavini Əbdülğəni Bəradər bu gün Türkiyənin səfiri Cihad Erginayı qəbul edib.

Taliban hökumətinin baş nazirinin ikinci müavini Mövləvi Əbdüssalam Hənəfinin də iştirak etdiyi bu görüşdə tərəflər iki ölkə arasında münasibətləri müzakirə ediblər.

Mənbə bildirib ki, Türkiyə səfiri iki ölkə arasında olan əlaqələrin vəziyyətindən danışıb və rəsmi Ankaranın Əfqanıstanda sabitliyin yaranmasına israr etdiyini vurğulayıb.

Əlavə edilib ki, Türkiyə səfiri bu görüşdə tərəflər arasında təlim sahəsində və digər sahələrdə əməkdaşlığa hazır olduğunu bildirib.

Türkiyə tərəfi həmçinin Kabil hava limanının və sairlərinin işinin bərpa edilməsində yerli hökumətlə əməkdaşlığa və koordinasiya işlərinə hazır olduğunu qeyd edib.

Qeyd eədk ki, bundan öncə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Əfqanıstanda əhatəli hökumətin təşkil edilməsinin vacib olduğunu bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
175

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
190

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
190

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
338

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
353
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 12:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru