Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2020
10:12
Türkiyədə gözlənilən zəlzələ digər ölkələrdə də hiss ediləcək

"İstanbul zəlzələsi" adlandırılan Mərmərə dənizində Silivri sahillərində gözlənilən 7,6 bal gücündəki zəlzələnin İtaliya və Avstriyada da hiss ediləcəyini deyən Geologiya Mühəndisləri Kabinetinin Cənub Mərmərə şöbəsinin rəhbəri Engin Er, "Dənizin üstündən deyil, Yer qabığından gələcək. Zəlzələ dalğaları səbəbindən Bursa da 7,6 bal gücündəki zəlzələdən ciddi şəkildə zərər görəcək. Çünki Bursadakı məskunlaşma yerlərinin bəzilərinin bünövrələri zəlzələnin təsirini böyüdəcək. Düzənlik bölgəsi tamamilə bu şəkildədir. İkincisi Şimal Anadolu ortaq fay xətti  adlandırdığımız İznikdən başlayıb Gemlik, Orxanqazi, Mudanya və Karacabeyə tərəf davam edən fay xəttində baş verə biləcək zəlzələ onsuz da məskunlaşma yerlərinin içindən keçir. Bundan zərər görməmək şansımız yoxdur. Üçüncü bir fay xəttimiz də var. Tamamilə məskunlaşma yerlərinin içindən keçən, İnegöldən başlayıb Kestel və Gürsudan sonra Yıldırımda üç qola ayrılır. Bütün bunları qiymətləndirdikdə Bursaya üç ana qolun təsir edəcəyini düşünürük", - deyə bildirib.

O əlavə edib ki, 1855-ci ildə Bursada baş verən zəlzələdə Ulu Məscidin 20 qübbəsindən 16-sı, Tarixi Örtülü Bazar və qala divarları dağılmışdı.

Məqalədə : Türkiyə zəlzələ 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosu dezinfeksiya ediləcək

20

Fevral
15:24
NƏQLİYYAT
151

DTX: Neftçalada vəzifəli şəxslər tutulub

20

Fevral
15:06
HÜQUQ,HADİSƏ
330

Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı

20

Fevral
14:49
HÜQUQ,HADİSƏ
229

Nazirdən bələdiyyələrlə bağlı QƏRAR

20

Fevral
13:42
SİYASƏT
291

Sabahın hava proqnozu açıqlanıb

20

Fevral
13:09
ÖLKƏ
206
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-02-2020 16:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru