Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2019
12:01
711
Türkdilli ölkələrin dövlət başçıları Bakıya gələcək

Bakıda keçiriləcək Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşündə iştirak etmək məqsədi ilə türkdilli ölkələrin dövlət başçılarının paytaxtımıza gəlişi gözlənilir.

Bunu AMEA-nın Mərkəzi Elmi Kitabxanası və Dünya Türkologiya Mərkəzi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılmasının 10 illiyinə həsr olunan birgə tədbirdə tanınmış türkoloq, tarix elmləri doktoru Məmmədli Güllü Yoloğlu deyib.

Onun sözlərinə görə, 2009-cu il oktyabr ayının 3-də Naxçıvan şəhərində təşkil olunan Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Şurası və Türk Birliyi yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə həmin təşkilatların təsisçi üzvləridir:

"Bu yaxınlarda Özbəkistan da bu Sazişə qoşulub. Bundan əlavə, Macarıstan da müşahidəçi üzv kimi iştirak edir. Şura təsis olunduqdan sonra zirvə görüşləri “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə Görüşləri” adı altında Almatı, Bişkek, Nursultan, Bodrum və Qəbələ şəhərlərində keçirilib. Növbəti zirvə görüşünün də Azərbaycanda keçirilməsi qərara alınıb. Bu məqsədlə 14-15 oktyabrda türkdilli ölkələrin dövlət başçılarının Bakıda növbəti zirvə toplantısına gəlişi gözlənilir".(Trend)

Məqalədə : Türkdilli ölkələr 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
19

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
43

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
63

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
52

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
229

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
92
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 13:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru