Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2019
15:58
1926
Tramp İraqda və Əfqanıstanda hərbi cinayət törədənləri əvf edəcək

ABŞ prezidenti Donald Tramp İraq və Əfqanıstanda hərbi cinayət törədən hərbçiləri əfv etməyi planlaşdırır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Tramp Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə qərar mübahisəli olsa da etirazlar əsassızdır, çünki hərbçilərlə «ədalətsizcəsinə» davranılıb.

«Bu əsgərlərdən bəziləri uzun müddət döyüşənlər olub. Bilirsiniz, biz onları böyük hzərbçi olmağı öyrədirik, onlar döyüşdükdə isə nlarla ədalətsizcəsinə davranırıq», - deyə o, bildirib.

The New York Times-ın məlumatına görə, Tramp artıq Ədliyyə nazirliyinə sözügedən hərbçilərlə bağlı sənədləri hazırlamağı tapşırıb. Qeyd edək ki, onların əksəriyyəti qəsdən adam öldürmə, qətlə cəhd, işgəncə və meyiti təhqir etmədə təqsirli biliniblər. 

Tənqidçilər bildiriblər ki, bu əfv ədaləti boğacaq, hərbi disiplini pozacaq və döyüş bölgəsində zülmə bəraət verəcək.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) pilotsuz təyyarələrdən istifadə zamanı ölən dinc əhali ilə bağlı hesabat verməkdən azad etmişdi

Xatırladaq ki, Tramp Administrasiyasında MKİ-nin rəhbəri dünyada işgəncələri ilə tanınan Gina Haspeldir. Onun 2017-ci ilin fevral ayında MKİ-nin iki nömrəli adamı təyin olunması da Trampın qanunsuz işgəncələri yenidən gündəmə gətirəcəyinə işarə kimi şərh olunmuşdu. Və bu şərh bu gün özünü doğruldur.

Məqalədə : hərbi cinayət Gina Haspel 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1197

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1365

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1815

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1112

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1461

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1196

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1810
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 01:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru