Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Avqust

2019
12:13
657
Tramp G7 sammitində Zəriflə görüşmək istəmir

ABŞ prezidenti Donald Tramp İran XİN rəhbəri Məhəmməd Cavad Zərifin Biarrisdə keçirilən G7 sammitində iştirakına qarşı deyil, lakin onunla görşümək istəməyib. FaktXeber.com-un məlumatına görə, bu barədə Amerika prezidenti Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşdən əvvəl bəyan edib.

Tramp vurğulayıb ki, Fransa dövlət başçısı Emmanuel Makron ondan Zərifin Biarrisə gəlişinə razı olub olmadığını soruşub:

«Mən dünən gecə (bazar günü – red.) prezident Makronla danışdım. Onun etdiyi hər şeydən xəbərdaram. Bütün bunları dəstəklədim. Hesab edirəm ki, hazırda Zəriflə görüşmək hələ çox tezdir. Onunla (Zəriflə – red.) görüşmək istəmədim» – deyə o, bildirib.

ABŞ prezidenti vurğulayıb ki, Vaşinqton İranda hakimiyyət dəyişikliyinə çalışmır.

Qeyd edək ki, Məhəmməd Cavad Zərif bazar günü gözlənilmədən Fransada "G7" (Böyük Yeddilik) sammitinin keçirildiyi Biarrits şəhərinə səfər edib. Zərif Biarritsə Fransa prezidenti Emmanuel Makronun xahişi ilə gəlib. Makron Trampın Tehranla 2015-ci ildə İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan beynəlxalq razılaşmadan çıxmasından sonra İran Körfəzində yaranmış gərginliyi iranlı həmkarı Həsən Ruhani ilə müzakirə edib.

Fransa prezidenti Zəriflə sammitin açılışından əvvəl cümə günü Parisdə görüşüb və şənbə günü sammit iştirakçıları ilə İrana dair qızğın fikir mübadiləsindən sonra onu Biarritsə dəvət edib.

Tramp və Zərif arasında mümkün görüş barədə suala cavab verən fransalı diplomat "bu mərhələdə" görüşün planlaşdırılmadığını deyib. Lakin ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Trampın İranla danışıqlar üçün “ilkin şərtlər” qoymadığını qeyd edib.

Makron Trampla şənbə günü nahar edib və Fransa mənbələrinə əsasən, Qərb və İran arasında münasibətlərində gərginliyin azaldılmasına dair öz planını açıqlayıb. Fransa lideri İranın qısa müddət ərzində neftini ixrac etməsinə imkan verilməsinə, 2015-ci ilin sazişinin tam yerinə yetirilməsinə, İran Körfəzi regionunda gərginliyin azaldılmasına, habelə yeni danışıqlara başlamağa çağırır.

Məqalədə : Zərif Makron Tramp G7 Böyük yeddilik 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan son 8 ayda 58,4 mln dollar qazanıb

18

Sentyabr
15:59
İQTİSADİYYAT
145

Əlilliyin təyin edilməsi üçün yeni model hazırlanır

18

Sentyabr
15:51
AİLƏ, SAĞLAMLIQ
160

Azərbaycanda 7 məhkəmə hakimi cəzalandırılıb

18

Sentyabr
15:47
HÜQUQ,HADİSƏ
150

Lənkəranda 2 maşın toqquşdu, ölən var

18

Sentyabr
15:44
HÜQUQ,HADİSƏ
143

Deputatların pensiyası artırılacaq

18

Sentyabr
15:27
İQTİSADİYYAT
175

Roqozin Türkiyəni Baykonura çağırdı

18

Sentyabr
15:19
DÜNYA
174

Siyasi hücumlar üçün virus aşkarlanıb

18

Sentyabr
14:57
MARAQLIDIR
180

Rusiyada terrorun qarşısı alınıb-VİDEO

18

Sentyabr
14:31
DÜNYA
301

“Azərişığ”ın maşını aşdı - Ölənlər var

18

Sentyabr
14:16
HÜQUQ,HADİSƏ
308

Sentyabrın 19-na gözlənilən hava proqnozu

18

Sentyabr
12:56
DÜNYA
298
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 21:51



  (+994 55) 786-96-84

  fakt[email protected]

Valyuta.com

Рейтинг@Mail.ru