Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Sentyabr

2019
22:00
450
Tramp BMT-də 40 dəqiqə danışıb hamını pislədi, özündən başqa

ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 74-cü Baş Assambleyasına müraciət edib.

FaktXəbər-in məlumatına görə, Tramp çıxışında İran ilə ABŞ arasında yaşanan gərginliyə işarə edərək, "Hər bir ölkənin İrana qarşı hərəkətə keçmək məsuliyyəti var", - deyə bildirib.

İrana qarşı son dövrdə bir çox sanksiya tətbiq etdiklərini xatırladan Tramp, "İran belə davam etdikcə ABŞ-ın tətbiq etdiyi sanksiyalar zəifləməyəcək, əksinə, daha da sərtləşdiriləcək. Səudiyyənin "Aramco" neft obyektlərinə edilən hücuma cavab olaraq ABŞ İran Mərkəzi Bankına və aktivlərinə ən yüksək səviyyəli sanksiyaları tətbiq edib", söyləyib.

Əfqanıstandakı sülh prosesinə dair də bəyanatlar səsləndirən Tramp, "Əfqanıstanda Taliban hücumlarına davam edir, ancaq müttəfiqlərimizlə birlikdə sülh naminə fəaliyyəti heç vaxt dayandırmayacağıq", mesajı verib.

Tramp çıxışında ABŞ-ı "dünyanın ən güclü milləti" olduğunu bildirərək, "vəzifəyə gəldiyim gündən bu yana möhtəşəm ordumuzu yenidən inşa etmək üçün 2,5 milyarddan artıq xərclədik. Ümid edirəm ki, heç vaxt bu gücü istifadə etmək məcburiyyətində qalmarıq", - deyə bildirib.

"İngiltərə hazırda "Brexit" prosesindədir. İngiltərə ilə xüsusi bir yeni ticarət sazişini yekunlaşdırmağa hazır olduğumuzu dəqiq şəkildə ifadə etdim. Bu müqavilə hər iki ölkəyə də böyük töhfə verəcəkdir" deyən 

 Tramp, bu barədə İngiltərə baş naziri Boris Consonla yaxından işlədiklərini vurğulayıb.

Tramp Çinin islahatlar mövzusunda beynəlxalq cəmiyyətə verdiyi sözləri tutmadığını deyərək, bu ölkəni məcburi texnologiya transferi və müəllif haqlarını oğurlamaqla günahlandırıb: "ABŞ başqa ölkələrlə münaqişə axtarmır. Bizim arzumuz, sülh, əməkdaşlıq və tam yekun birgə qazancdır. Ancaq Amerikanın maraqlarını da müdafiə etməkdən geri durmayacağam".

Tramp həmçinin Şimali Koreya lideri Kim Çen Inla yaxşı münasibət qurduqlarını qeyd edərək, "ona ölkəsinin böyük bir potensiala malik olduğunu deyirəm, eynilə İran kimi, ancaq bunu həyata keçirmək üçün Şimali Koreya nüvədən təmizlənməlidir", - deyə bildirib.

Venesuela prezidenti Nikola Maduronu da hədəf alan Tramp, Maduro üçün "Kubanın kuklası" ifadəsini işlədib. Tramp, "diktator Maduro, Kubalı cangüdənlər tərəfindən qorunan və öz xalqından gizlənən biridir, öz ölkəsinin neftini Kubaya verərək öz korlanmış hakimiyyətini davam etdirir", - söyləyib.

Trampın BMT çıxışı təxminən 40 dəqiqə çəkib.

Məqalədə : Tramp 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
18

Bakı metrosunda qatarın qapıları açılmayıb

18

Oktyabr
11:49
HÜQUQ,HADİSƏ
41

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
62

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
52

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
228

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
92
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 13:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru