Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Avqust

2019
14:49
Tramp: Qasırğaları nüvə bombası ilə vuraq

ABŞ prezidenti Donald Trampın yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə keçirdiyi iclasların birində qasırğaları ölkəsinə çatmadan mənbəyində nüvə bombası ilə vurmağı təklif etdiyi bildirilir. 

FaktXəbər-in məlumatına görə, bu barədə İngiltərənin "Guardian" qəzeti yazıb. 

Bildirilir ki, qasırğaların yaratdığı təhlükələr barədə keçirilən toplantıda Tramp, "tapdım, tapdım. Nə üçün nüvə bombası ilə vurmuruq? Bunlar (qasırğalar) Afrika sahillərində yaranmağa başlayır. Atlantik okeanına doğru irəliləyərkən səbəb qasırğanın mərkəzinə bomba qoyub partlatmırıq? Bunu niyə edə bilmirik", - deyib.

"Axios" portalının yazdığına görə, toplantıda iştirak edən təhlükəsizlik rəsmilərindən biri Trampa, "Bu məsələni araşdıracağıq", - deyə cavab verib.

Bildirilir ki, Tramp eyni mövzunu daha sonra yüksək səviyyəli təhlükəsizlik səlahiyyətlisi ilə də müzakirə edib.

Təhlükəsizlik rəsmisi Trampın təklifini müdafiə edib və "onun məqsədi fəlakətə səbəb olacaq qasırğanın qitəyə çatmasının qarşısını almaqdır. Heç də pis fikir deyil", - söyləyib.

"National Geographic" Tramp hakimiyyətə gəldikdən sonra dərc etdiyi bir məqalədə onlarla ildir qasırğaların nüvə bombaları ilə vurulması fikrinin müəyyən dövrdən bir gündəmə gətirildiyinə diqqət çəkmişdi. "Qasırgaları vurmaq: Pis bir fikrin heyrətamiz tarixi" başlıqlı məqalədə bildirilir ki, son 60 ildir rəsmi qurumlar qasırğalardan əziyyət çəkən vətəndaşlardan qasırğaların nüvə silahları ilə vurulması tələbini özündə əks etdirən məktublar aldıqlarını deyirlər.

Ağ Ev rəsmiləri Trampın da bu təklifi gündəmə gətirdiyi iddiasıyla əlaqədar olaraq, "Prezidentin milli təhlükəsizlik komandası ilə apardığı və aparmadığı xüsusi söhbətlər barədə şərh vermirik", - deyib.

Qeyd edək ki, sözügedən toplantının 2017-ci ildə keçirildiyi və qeydiyyata alındığı bildirilir.

Məqalədə : Tramp qasırğa 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15497

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14162

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15596

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15179

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20547

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15079

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15214
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-08-2020 12:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru