Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Aprel

2021
12:53
Toyunda özünə şəhidlik arzulayan Pəncəli Teymurov - VİDEO

Aprel döyüşlərində şəhid olanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi Pəncəli Teymurovdur.

Şəhid Pəncəli Nurməmməd oğlu Teymurov 1981-ci ilin martın 24-də Astara rayonunda anadan olub. Hərbi xidmətdə kəşfiyyatçı olub və daha sonra xidmətini könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı-diversant taborunda davam etdirib.

17 illik hərb həyatında Azərbaycan Ordusuna şərəflə xidmət edib və göstərdiyi şücaətlərə görə mükafatlandırılıb.

Pəncəli Teymurov öz toyunda çıxışı zamanı özünə şəhidlik arzulayıb: “Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”.

Gizir Pəncəli Teymurov Aprel döyüşlərində döyüş dostları - Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənib və aprelin 3-də qəhrəmancasına şəhid olub.

Aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilib.

2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və iyirmidən çox hərbçinin məhv edildiyi əməliyyatda göstərdiyi yüksək bacarıq və peşəkarlığı nəzərə alınaraq, komandanlığın təqdimatına əsasən Ali Baş Komandanın Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.

Aprel döyüşlərindəki şücaətinə görə şəhid Teymurov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Məqalədə : Pəncəli Teymurov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

FHN gəmilərlə bağlı reyd keçirib - VİDEO

12

Aprel
15:23
BÖLMƏNİ DÜZ SEÇ!
175

Lukaşenko Azərbaycana gəlir

12

Aprel
14:42
SİYASƏT
105

Sabah hava necə olacaq?

12

Aprel
13:41
ÖLKƏ
115

Ramazan ayının təqvimi açıqlanıb

12

Aprel
12:46
MƏNƏVİYYAT
185

Ömrü 28 il qısaldan zərərli vərdiş məlum oldu

12

Aprel
09:45
AİLƏ, SAĞLAMLIQ
391
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-04-2021 15:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru