Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyul

2011
10:53
1766
TOYLARIMIZ MİLLİ ADƏT-ƏNƏNƏLƏRƏ UYĞUN KEÇİRİLİR?
Xaçmazlılar toylarımızda spirtli içki verilməsinin əleyhinə çıxıblar

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Unudulan və unudulmaqda olan milli adət-ənənələrimizin dirçəldilməsi” layihəsi çərçivəsində regionlarda növbəti dəyirmi masasını Xaçmazda keçirib. Bu barədə FaktXeber.com-a ADİİM sədri Cavid Şahverdiyev  məlumat verib.

ADİİM sədri Cavid Şahverdiyev öncə bu layihənin 2010-cu ildə həyata keçirilən layihənin davamı olduğunu bildirib. C.Şahverdiyev qeyd edib ki, bu dəfə QHT-nin məqsədi milli toylarımız, orada ifa edilən rəqs və mahnılar, toy süfrəsinin “müasirləşməsi” və “avropalaşması” səbəbləri araşdırı, belə neqativ halların aradan qaldırılması yollarını müzakirə etməkdir. O, bildirib ki, bugünki Azərbaycan toyları milli şüurumuza, tarixi adət-ənənələrimizə uyğun keçirilmir.

Tədbirdə iştirak edənlər toylarımızın bugünki təşkilindən narazılıqlarını bildiriblər. Xüsusilə də toylarımızda şampanın verilməsinə etiraz edənlər onun şərbətlə əvəzlənməsi təklifi ilə çıxış ediblər. Tədbir iştirakçılarından biri Bakıda “Badi-səba” şadlıq sarayında gəlinlə bəyin müqəddəs Quranın altından keçirildiyi və sonra onlara şampan içirildiyinin səbəbini hələldə aydınlaşdıra bilmədiyini deyib: “Bu biyabırçılıq və heç bir əxlaqa sığmayan hərəkətdir”. Digər təkliflər də səslənib ki, bunlar arasında bu məsələnin parlamentdə qanuniləşdirilməsidir.

Nicat Xaliqoğlu

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
208

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
159

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1159

İsrail Qəzzanı bombalayıb

20

Aprel
11:00
DÜNYA
139

"Word" Azərbaycan dilində "vörd" kimi yazılacaq

20

Aprel
10:32
ELM / TƏHSİL
692

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
719

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
306
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 06:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru