Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyul

2021
09:45
Tovuz döyüşləri: Polad Həşimovun şəhid olduğu postdan - VİDEOREPORTAJ

Ötən ilin bu günlərində Azərbaycan xalqının, o cümlədən beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindən gələn informasiyalara yönəlmişdi.

Xəbərlər isə çox həyəcanverici idi. Çünki iyulun 12-dən etibarən düşmən sərhədin Tovuz rayonu ərazisində irimiqyaslı təxribatlara əl atmışdı.

Belə ki, həmin gün günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələri Tovuzda dayanmadan dinc sakinləri, mülki vətəndaşları hədəf alıb. Düşmən Tovuzda yerləşən mövqelərimizi artilleriya qurğularından atəşə tutub.

Təxribatlar zamanı Azərbaycan Ordusunun bölmələri düşmənin qəfil hücumunun qarşısını qətiyyətlə alıb. Döyüşlər nəticəsində ermənilərin neçə-neçə dayaq məntəqəsi dağıdılıb, bir çox döyüş texnikası sıradan çıxarılıb, onlarla hərbçisi məhv edilib.

Tovuz hadisələri zamanı Azərbaycan əsgərinin döyüş hazırlığı, qələbə ruhu, vətənpərvərliyi düşmənin işğalçılıq niyyətinə qalib gəlib.

Bir sözlə, bu döyüşlər böyük qələbənin başlanğıcı oldu. Belə ki, düşmən təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu hərbi əməliyyatlar böyük qələbəyə gedən yolun əsasını qoydu - 44 günlük Vətən müharibəsinin...

Report-un əməkdaşı hadisələrin baş verdiyi ərazilərə - Tovuz rayonunun Ağdam kəndinə səfər edib, erməni təxribatlarının qarşısını alan postlarda olub, döyüşlər zamanı qəhrəmanlıq göstərmiş Azərbaycan Ordusunun hərbçiləri ilə görüşüb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xocalıda silah-sursat aşkarlanıb

29

İyul
14:32
HƏRB
270

Bayden Obamanı Trampla səhv saldı

29

İyul
14:19
DÜNYA
275

Erməni terrorçu qrupun üzvlərinə hökm oxunub

29

İyul
13:30
HÜQUQ,HADİSƏ
250

Sabahın hava proqnozu açıqlandı

29

İyul
13:03
ÖLKƏ
236

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

29

İyul
12:38
MƏNƏVİYYAT
460

Azərbaycan nefti yenidən bahalaşıb

29

İyul
11:14
İQTİSADİYYAT
282

Neftin bahalaşması davam edir

29

İyul
10:47
İQTİSADİYYAT
361
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-07-2021 19:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru