Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Sentyabr

2021
12:48
Toni Bleyer: `Baydenin əbədi müharibələrə son vermə vədi sadəcə bir şüardır`

İngiltərənin sabiq baş naziri Toni Bleyer ABŞ prezidenti Co Baydenin Qərbi Asiya bölgəsində əbədi müharibələrə son vermə vədlərini "siyasi şüar" olaraq xarakterizə etdi.

Bu barədə İslamTimes agentliyi məlumat yayıb.

Toni Bleyer özü 2001-ci ildə Talibanı hakimiyyətdən uzaqlaşdırmaq üçün, İngiltərəni ABŞ-la birlikdə Əfqanıstan müharibəsinə sürükləyib.

Bleyer 2001-ci ildəki çıxışında amerikalı həmkarı Corc Buşa İngiltərənin "terrorla mübarizədə" ABŞ-la çiyin-çiyinə dayanacağına söz vermişdi.

İngiltərənin keçmiş baş naziri Corc Buşun İraqda kütləvi qırğın silahları olması iddiası ilə 2003-cü ildə bu ölkəni işğal etməsini və daha sonra kütləvi qırğın silahları ilə bağlı yalan iddiaları müdafiə etməsinə görə də sərt tənqid edilir.

Bütün bunlara baxmayaraq Toni Bleyer Amerikanın Əfqanıstandan çıxması qərarını tənqid edərək, bu qərarı "düşünülməmiş" qərar adlandırıb. O Amerika qüvvələrinin məntəqədə qalmasını zəruri edən bir sıra səbəblər olduğunu iddia edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kinoteatrlar açıla bilər

16

Sentyabr
17:08
ÖLKƏ
196

İran AEBA-nı tənqid edib

16

Sentyabr
16:58
DÜNYA
204

Lənkəranda avtomobil aşıb, ölən və yaralanan var

16

Sentyabr
16:28
HÜQUQ,HADİSƏ
210

Husilər Yəməndə irəliləyib

16

Sentyabr
16:26
DÜNYA
196

Azərbaycanda məhkəmə hakimlərinin stajı artırılır

16

Sentyabr
14:58
HÜQUQ,HADİSƏ
235

Bakıda daha bir küçə əsaslı təmir olunub

16

Sentyabr
14:54
NƏQLİYYAT
225
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2021 07:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru