Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Avqust

2021
14:29
Tokio-2020: Hacı Əliyev finala yüksəlib, Mariya Stadnik məğlub olub

Tokio-2020 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün Azərbaycan millisinin üç təmsilçisi xalça üzərinə çıxıb.

Sərbəst güləşçilərimizdən Hacı Əliyevlə Şərif Şərifov, həmçinin qadın təmsilçimiz Mariya Stadnik medal mübarizəsinə başlayıb. Onlardan biri finala yüksəlib, Digər ikisi isə bürünc medal üçün mübarizə aparacaq.

6 avqust

Sərbəst güləş

Kişilər

65 kq

Hacı Əliyev 1/8 finalda seneqallı Adama Dyatta ilə görüşüb. Güləşçimiz rəqibinə heç bir şans verməyib - 4:0. Daulet Niyazbekov (Qazaxıstan) ilə 1/4 final qarşılaşmasında daha asan qələbə (9:1) qazanan Hacı yarımfinala yüksəlib. O, bu mərhələdə hindistanlı Bayranq Bayranqla görüşüb və uğurlu seriyanı davam etdirib. Əliyev 12:5 hesablı qələbə sayəsində finala vəsiqə qazanıb.

Tokioda Azərbaycan millisinin heyətində həlledici görüşə yüksələn ilk idmançımız qızıl medal üçün Takuto Otoquro (Yaponiya) ilə üz-üzə gələcək. Görüş sabah baş tutacaq.

97 kq

Şərif Şərifovun ilk görüşü uğursuz alınıb. Rusiyalı əfsanə Abdulraşit Sadullayevlə qarşılaşan təmsilçimiz 1/8 finalda məğlub olub – 0:5. Rusiyalı finala yüksəldiyindən Olimpiya çempionumuz sabah təsəlliverici görüşə qatılacaq.

Qadınlar

50 kq

Mariya Stadnik yarışa rusiyalı Stalvira Orşuş üzərində çətin qələbə (11:7) ilə başlayıb. O, tunisli Sarra Hamdi ilə 1/4 final qarşılaşmasında aşkar üstünlüklə qalib gəlib – 10:0. Təmsilçimizin növbəti rəqibi yaponiyalı Yui Susaki olub. Təəssüf ki, güləşçimiz yenə "Gündoğar ölkə" təmsilçisini keçə bilməyib - 0:11. O, sabah bürünc medal uğrunda yarışacaq.

Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıbsa, İslam Abbasov (87 kq), həmçinin sərbəst güləşçi Turan Bayramov (74 kq), qadın güləşçisi Elis Manolova (68 kq) mübarizəni dayandırıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əl-Husi BMT-nin baş katibini tənqid etdi

20

Sentyabr
16:41
DÜNYA
207

“Zəfər tarixi” dərsliyi çap olunub

20

Sentyabr
16:39
ELM / TƏHSİL
215

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

20

Sentyabr
15:09
SİYASƏT
197

Ərdoğan Rusiyaya gedir

20

Sentyabr
14:42
DÜNYA
215

General Bakı merinin müşaviri oldu

20

Sentyabr
14:26
ÖLKƏ
235

İran HHQ-yə yeni komandan təyin edilib

20

Sentyabr
13:47
DÜNYA
218

Bəhreyndə İsa Qasimə böyük dəstək aksiyası keçirilib

20

Sentyabr
13:23
BÖLMƏNİ DÜZ SEÇ!
212

Sabahın hava proqnozu açıqlanıb

20

Sentyabr
12:35
ÖLKƏ
183

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

20

Sentyabr
11:09
ELM / TƏHSİL
305
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2021 05:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru