Tarix:17-04-2017 11:28
Tofiq Zülfüqarov Mehriban Əliyevaya müraciət etdi
Şərh yaz

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.
 
FaktXəbər müraciəti diqqətə çatdırır:
 
“Azərbaycan Respublikasının Birinnci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva!
 
Biz, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan cəmiyyətinin müxtəlif siyasi və sosial təbəqələrinin, eləcə də diasporaların nümayəndələri, internet və sosial şəbəkələrin aktiv istifadəçiləri olaraq, cəmiyyətimizin və ölkəmizin fundamental maraqlarına toxunan məsələyə diqqətinizi cəlb etmək istərdik.
 
Ermənistan uzun illər boyu Azərbaycan Respublikasına qarşı silahlı təcavüzünü və torpağlarımızın 20 ərazisinin işğalını davam etdirir. Bir milyona yaxın soydaşlarımız dinc əhaliyə qarşı aparılan etnik təmizləmənin qurbanı olublar. Ölkəmizə və mentalitetimizin əsasları olan tariximizə, mədəni irsimizə və digər dəyərlərimizə qarşı silahlı təcavüz ilə yanaşı, ildən ilə sürətli templərlə artmaqda olan böhtan və saxtalaşdırma xarakterli genişmiqyaslı məlumat aqressiyası tədbiq olunur.
 
Biz daim Ermənistan dövlətinin dəstəyi ilə yüksək səviyyədə təşkil edilən qurumlar tərəfindən internet məkanının bütün seqmentlərinin yalan və saxtalaşdırılmış məlumatlarla doldurulmasının şahidi oluruq. Axtarış sistemlərinin manipulyasiya effektindən (Search Engine Manipulation Effect, SEME) və axtarış zamanı «təklif” effektindən (Search Suggestion Effect,SSE) məharətlə istifadə edərək, ermənilər axtarış nəticələrinin qeyri-obyektiv formada sıralanmasına nail olurlar.
 
Müstəqil elmi araşdırmalar sübut edir ki, axtarış nəticələrinin birinci səhifədə sıralanması (SEME), eləcə də axtarış sözünün çap edildikdə “təklif” və “avtomatik əlavə etmə” (SSE) sistemləri nəticələrə böyük təsir göstərir və istifadəçilərin fikri ilə manipulyasiya edilməsi məqsədi ilə istifadə oluna bilər.
 
Nəticə olaraq, dünyanın istənilən yerində istifadəçi tərəfindən axtarış sisteminə “Azərbaycan”, “erməni-azərbaycan münaqişəsi”, “Qarabağ”, “Xocalı” və digər “teq”lər daxil edildikdə, monitorda görünən ilk axtarış nəticələrin əksəriyyəti ermənilər tərəfindən saxtalaşdırılmış “faktlar”, “copy-paste” mətnlər və ya videomateriallar olur.
 
Məsələn, axtarış sistemində “Karabakh” sözü çap edildikdə, Google “Karabakh war” səhifəsinə keçid təklif edir və bu səhifədə “Decisive Armenian military victory” (“Erməni ordusunun həlledici qələbəsi”) vurğulanır. Rus dilində “Карабах” sözü axtarıldıqda isə Google tərəfindən “xəbərlər” sözü əlavə olaraq təklif edilir və axtarış nəticələrinin birinci səhifəsində Ermənistanın xəbərlər saytlarının siyahısı təqdim edilir.
 
Ən acınacaqlı vəziyyət isə Azərbaycanın tarixi və ədəbiyyatı barədə ermənilərin rəyləri hökmranlıq etdiyi Vikipediyanın rus bölməsində müşahidə edilir. Məsələn, bu yaxınlarda böyük ədəbiyyat klassikinin irsindən bizi faktiki məhrum edən “Nizamiyə Azərbaycan xalq şairi statusunun verilməsi üzrə kampaniya” adlı viki-məqalə dərc edilmişdir. Və belə misallar minlərlədir.
 
Ermənistanın 100 ildən artıq sürən təbliğatının məqsədi açıq-aydındır – ardıcıl, məqsədyönlü şəkildə təkidlə bizi Azərbaycana aid olan hər şeydən məhrum etmək və öz torpaqlarımızdan didərgin salmaq istəyirlər.
 
Heç birimizin tək başına öhdəsindən gələ bilməyəcəyimiz ciddi təhlükə mövcuddur. Təəssüflə qeyd etmək istərdik ki, ermənilər tərəfindən kütləvi saxtalaşdırmaya qarşı əks-təbliğat aparmağa çalışan dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, diasporanın, gənc siyasi qrupların və digər vətəndaşların strukturu və koordinasiya olunmayan cəhdləri istənilən nəticələr vermir.
 
Dünyanın istənilən nöqtəsindən axtarış sisteminə ölkəmizə aid olan hər-hansı bir söz, məsələn “Qarabağ” yazan istifadəçinin nəticə olaraq ilk səhifələrdə Azərbaycanın maraqlarına cavab verən saytlara yönləndirən keçidləri görməsi erməni yalanlarına uğurlu qarşıdurmanın yeganə kriteriyası hesab edilə bilər. Təbii ki, bu təsviri və arzuolunan vəziyyət milli mentalitetimizin, milli iftixarımızın və identikliyimizin əsasını təşkil edən bütün anlayışlara da tədbiq olmalıdır.
 
Azərbaycan cəmiyyəti Sizi ölkəmizin mədəni və tarixi irsinin qorunması və təbliğatı sahəsində böyük xidmətləri olan siyasətçi kimi tanıyır və qiymətləndirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, sözügedən problemə bir daha diqqət yetirməyinizi və ölkəmizə qarşı aparılan məlumat-təbliğat təcavüzünə effektiv qarşıdurmanı təmin edəcək Sizə birbaşa tabe olan ixtisaslaşdırılmış xüsusi dövlət qurumunun yaradılması məsələsini nəzərdən keçirməyinizi xahiş edirik”.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : T.
Teqlər :
Tofiq - Zülfüqarov - Mehriban - Əliyevaya - müraciət - etdi -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:17-04-2017 11:28 - Oxundu: 285
Siyasət
28-04-2017 15:45 Suriyaya səfər etmək mənim vəzifəm idi -Pedro Aqramunt
28-04-2017 15:00 Milli Şura BŞİH-in təklifi ilə razılaşmayıb
28-04-2017 14:13 XİN Dağlıq Qarabağda çıxış etmiş musiqiçiləri "qara siyahı"ya salacaq
28-04-2017 12:35 Moskvada Lavrov-Məmmədyarov-Nalbandyan danışıqları başlayıb
28-04-2017 12:01 MSK partiyalarla bağlı geniş araşdırmalara başlayıb
28-04-2017 11:51 XİN Zaxarovanın jurnalistlərlə bağlı açıqlamasına münasibət bildirib
27-04-2017 21:19 Azərbaycan XİN 7 ölkəyə xəbərdarlıq etdi
27-04-2017 10:45 Azərbaycanlı diplomatın arvadı Nyu-Yorkda oğurluqda ittiham olunub
26-04-2017 15:07 Milli Məclisin növbəti iclasının vaxtı və GÜNDƏLİYİ
25-04-2017 15:59 Azərbaycan tərəfindən Yəmənə humanitar yardım göstərilib
25-04-2017 12:32 ""İndependent"in məqaləsində regiondakı real vəziyyət təhrif olunub"
25-04-2017 10:05 Donald Tramp Azərbaycana maliyyə yardımını ləğv etməyi planlaşdırır
24-04-2017 17:08 Aureliya: Ermənilərin əsassız bəyanatları faktiki baxımdan təsdiqlənmir
24-04-2017 14:31 Beynəlxalq Forum erməniləri “abırlı” olmağa çağırdı
24-04-2017 09:31 Bu gün Strasburqda AŞPA-nın yaz sessiyası başlayır
22-04-2017 20:44 İqtisadçı Rövşən Ağayev REAL Hərəkatından ayrılıb
18-04-2017 11:57 Avropa İttifaqı Azərbaycanda 70 layihəyə 90 milyon avro ayırıb
18-04-2017 10:54 Azərbaycanlı və erməni deputatlar görşə bilər
18-04-2017 10:32 ATƏT Parlament Assambleyasının sədri Azərbaycana səfər edəcək
18-04-2017 09:28 İrəvan teatrının yaradıcısının nəvəsi Bakıya gəlmək istəyir
17-04-2017 11:28 Tofiq Zülfüqarov Mehriban Əliyevaya müraciət etdi
16-04-2017 21:41 Prezident İlham Əliyev Ərdoğanı təbrik edib
14-04-2017 14:44 Rusiya XİN: Xəzərin statusuna dair Konvensiya layihəsi imzalanmaya hazırdır
13-04-2017 11:01 Prezident İlham Əliyev Vitali Kliçkonu qəbul edib
10-04-2017 12:09 İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
08-04-2017 17:29 Milli Şura Bakıda mitinq keçirib
07-04-2017 10:06 Fransalı jurnalist Qarabağa getmək üçün Azərbaycan XİN-dən icazə istədi
07-04-2017 09:54 Azərbaycanla Aİ arasında danışıqlar başlanır
04-04-2017 20:15 Milli Şura mitinqin vaxtını dəyişib
04-04-2017 15:53 Lavrov: Azərbaycan və Ermənistan mübahisəli məsələlərdə razılaşıblar
04-04-2017 10:01 Azərbaycanın demokratiya balı bir az da düşüb
03-04-2017 14:15 Azərbaycan və Qazaxıstan arasında 6 sənəd imzalanıb
03-04-2017 11:42 Maliyyə hesabatı təqdim etməyən partiyaların sayı açıqlanıb
03-04-2017 11:32 Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli...
31-03-2017 11:42 "Dağlıq Qarabağ nizamlanmasının bir çox aspektləri artıq razılaşdırılıb"
29-03-2017 14:05 "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənəcəyinə ümid qalmayıb"
29-03-2017 10:15 MSK indiyədək illik maliyyə hesabatı verən partiyaların sayını açıqlayıb
28-03-2017 20:16 AXCP sədrliyinə sabiq namizəd partiyadan çıxarılıb
28-03-2017 15:13 Lukaşenko: Azərbaycan və Ermənistan münaqişəni vasitəsiz həll etməlidir
28-03-2017 14:35 Prezident: “Sahibkarlar fəal olmalı, özləri yeni bazarlara çıxmalıdırlar”
27-03-2017 20:34 Azərbaycan və Ermənistan xarici işləri nazirləri Moskvada görüşəcəklər
27-03-2017 14:50 XİN Şuşa məscidi ətrafında baş verənləri vandalizm kimi qiymətləndirdi
27-03-2017 11:40 Oqtay Əsədov Rusiyaya gedib
18-03-2017 15:02 "Ermənistan nə qədər tez anlasa, onlar üçün də o qədər yaxşı olacaq"
17-03-2017 22:39 Milli Məclis hökumətin hesabatını qəbul edib
17-03-2017 12:30 Baş nazir: "Beynəlxalq Bankın keçmiş rəhbəri Azərbaycanı daha pis vəziyyətə salıb"
16-03-2017 10:56 "Çətinliklərin öhdəsindən gəldik, bu il iqtisadi artım olacaq”
15-03-2017 15:40 "Ermənistanın şərt qoyması danışıqların pozulması, boykot və şantajdır"
15-03-2017 09:06 Azərbaycan və Fransa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
14-03-2017 16:32 İlham Əliyevin Fransaya rəsmi səfəri başlayıb
14-03-2017 12:20 Rusiya Qarabağ münaqişəsində ehtiyatlı mövqe tutur - Maksim Şevçenko
14-03-2017 11:57 Sabah Bakıda AŞPA-nın komitə iclası keçiriləcək
14-03-2017 10:57 Azərbaycan pasportu ilə daha çox ölkəyə vizasız getmək olacaq
14-03-2017 10:41 "Hücum edən şəbəkədə Azərbaycanın bir neçə hökumət qurumu var idi..."
13-03-2017 15:37 "Vitse-prezidentlərlə bağlı qanun qəbul ediləcək"
13-03-2017 14:00 Gürcüstan səfirliyi Batumidə baş verənlərlə bağlı bəyanat yayıb
11-03-2017 10:33 Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
10-03-2017 21:29 Türkiyə-Rusiya-Azərbaycan ittifaqının yaradılması müzakirə olunub
10-03-2017 20:59 AİP Baş Məclisinin növbəti iclası keçirilib - VİDEO
10-03-2017 13:20 MM-də təklif: Sosial şəbəkələrdə şərh yazmaq şəxsiyyət vəsiqəsi ilə olsun

Xəbər Lenti
Bu gün ən çox oxunanlar


Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az