Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2019
12:12
521
Ötən il talassemiyadan 13, leykomiyadan 183 nəfər ölüb

Ötən il talassemiya diaqnozu ilə ilk dəfə qeydə  alınmış  xəstələrin sayı 418 nəfər olub. Onlardan 243 nəfəri kişi, 175 nəfəri isə qadındır.

Dövlət Statistika Komitəsindən bildirilib ki, xəstələrdən 144-ü kişi, 88-i qadın olmaqla 232 nəfəri 0-17 yaş qrupuna, 38-i kişi, 30-u qadın olmaqla 68 nəfəri  18-29 yaş qrupuna, 61-i kişi, 57-si qadın olmaqla 118 nəfəri 30 və yuxarı yaş qrupuna aiddir.

Müalicə-profilaktika müəssisələrində talassemiya diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı ilin sonuna olan məlumata əsasən, 3700 nəfər olub. Onlardan 2157-si kişi, 1543-ü qadındır. Həmin şəxslərdən 2046 nəfəri 0-17 yaş qrupuna, 810 nəfəri 18-29 yaş qrupuna, 844 nəfəri 30 və yuxarı yaş qrupuna aiddir. 

Komitədən bildirilib ki, ötən il hemofiliya diaqnozu ilə ilk dəfə qeydə  alınmış  xəstələrin sayı 76-sı kişi, 28-i qadın olmaqla 104 nəfər olub. Xəstələrdən 42 nəfəri 0-17 yaş aralığında, 25 nəfəri 18-29 yaş aralığında, 37 nəfəri 30 və yuxarı yaş aralığında olanlardır. 

Məlumatda qeyd olunub ki, 2018-ci ildə limfoid leykemiya diaqnozu ilə qeydə  alınan  xəstələrin sayı 162 nəfər olub. Onlardan 85 nəfərini kişi, 77 nəfərini qadınlar təşkil edir. Xəstələrdən 22-si 0-17, 17-si 18-29, 123-ü 30 və yuxarı yaş qrupuna aiddir. 

Ötən il mieloid leykemiya diaqnozu ilə ilk dəfə qeydə  alınmış  xəstələrin sayı isə 63 nəfər olub. Onlardan 31-i kişi, 32-si qadındır. Xəstələrdən 4 nəfəri  0-17, 4 nəfəri 18-29, 55 nəfəri isə 30 və yuxarı yaş aralığına malik şəxslərdir. 

Ötən il talassemiya xəstəliyindən 5-i kişi, 8-i qadın olmaqla 13 nəfər ölüb. Onlardan 8 nəfəri 0-17 yaş qrupuna, 3 nəfəri 18-29 yaş qrupuna, 3 nəfəri 30 və yuxarı yaş qrupuna aid şəxslərdir.

2018-ci ildə hemofiliyadan 1 kişi dünyasını dəyişib.  Limfoid leykemiya xəstəliyindən ölənlərin sayı 66-sı kişi, 45-i qadın olmaqla 111 nəfər olub. Onlardan 17 nəfəri 0-17, 12 nəfəri 18-29, 82 nəfəri 30 və yuxarı yaş qrupuna aiddir. 

Mieloid leykemiya xəstəliyindən isə 37-si kişi, 35-i qadın olmaqla 72 nəfər ölüb. Onlardan 2-si 0-17, 5-i 18-29, 65-i 30 və yuxarı yaş aralığında olan şəxslərdir.

Məqalədə : talassemiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
32

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
254

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
117

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
59

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
116

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
50
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 18:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru