Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2020
16:44
Tələbələrə imtahanla bağlı yanlış məlumat verən kafedra müdiri vəzifəsindən azad edildi

Azərbaycan Texniki Universitetinin (AzTu) “Xarici dillər” kafedrasının müdiri Yusif Süleymanov öz vəzifə səlahiyyətlərinə səhlənkar yanaşaraq pandemiya dövründə tələbələrə imtahanla bağlı yanlış məlumat vediyinə görə vəzifəsindən azad olunub.

AzTu-dan bildirilib ki, həmçinin öz vəzifə öhdəliklərini aşaraq tələbələrə imtahanların keçirilməsi ilə bağlı yalan məlumat verdiyinə və tələbələr arasında çaşqınlıq yaratdığına görə kafedranın professor-müəllim heyətinə xəbərdarlıq edilib. “Xarici dillər” kafedrasının müdiri vəzifəsi müvəqqəti olaraq rektorun beynəlxalq əlaqələr üzrə müşaviri Nigar Sultanovaya həvalə edilib.

Eyni zamanda, “Xarici dillər” kafedrasında tədrisin təşkili vəziyyətini öyrənmək və günün tələblərinə uyğun səviyyədə qurmaq məqsədilə, kafedrada ciddi metodoloji və təşkilati dəyişikliklərə ehtiyac yarandığı nəzərə alınaraq, professor-müəllim heyətinin attestasiyasının keçirilməsi qərara alınıb. Professor-müəllim heyətinin attestasiyaya hazırlığına yardım məqsədilə kənardan müvafiq dillər üzrə uyğun sertifikata malik mütəxəssislər cəlb edilməklə treninqlərin keçirilməsinə göstəriş verilib.(trend)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4865

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3943

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5591

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5639

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
7078

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5371
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-07-2020 12:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru