Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Oktyabr

2019
14:19
619
Tibb sahəsi üzrə Nobel mükafatının sahibləri məlum olub

Canlı hüceyrələrin oksigen varlığına necə reaksiya verdiyini araşdırdığına görə William Kelin, Peter Ratcliffe və Gregg Semenets Tibb üzrə Nobel mükafatına layiq görülüblər. FaktXeber.com-un verdiyi məlumata görə, bunu Karolin Tibb İnstitutundakı Nobel Komitəsi açıqlayıb.

Bildirilir ki, oksigenin həyat üçün əsas əhəmiyyəti uzun müddətdir başa düşülsə də, hüceyrələrin bu qazın səviyyəsindəki dəyişikliklərə necə uyğunlaşdığı bilinmir.

"Bu ilki Nobel mükafatçılarının əsas ixtiraları həyatda ən vacib uyğunlaşma proseslərindən birinin mexanizmini kəşfidir", - deyə relizdə bildirilir.

Bu ilki laureatların araşdırması oksigen səviyyəsinin maddələr mübadiləsinə necə təsir etdiyini anlamaq üçün əsas yaradıb. Bundan əlavə, onların kəşfi anemiya, xərçəng və bir çox digər xəstəliklərlə mübarizədə yeni, perspektivli metodların yaradılmasına zəmin yaradıb.

Mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da, Nobel Mükafatlarının təsisçisi - isveçli iş adamı və ixtiraçı Alfred Nobelin vəfatı günü keçiriləcək.

Onun vəsiyyət etdiyi beş vəsiyyətdən dördü adətən Stokholmda verilir. 

Nobel Sülh Mükafatı laureatı mükafatını dekabrın 10-da Osloda alacaq.

Nobel mükafatlarının hər birinin miqdarı doqquz milyon İsveç kronu (təqribən 950 min dollar) təşkil edir.

Məqalədə : Nobel 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1149

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
67

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
92

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
316

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
355
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 03:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru